– Yaponiya portret və peyzaj fotoqrafı. Yaponiyada fotoqrafiyanın qabaqcıllarından biri olmuşdur. İmperator Meycinin ilk rəsmi fotoportretini çəkmişdir.
İlk illəri 180px|thumb|İmperator Meycinin Uçida tərəfindən çəkilmiş fotoportreti (1873). Uçida Kuiçi təxminən 1844-cü ildə doğulmuşdur. Atası vəba xəstəliyindən öldükdən sonra dayısı Yoşio Keysay tərəfindən himayəyə götürülmüşdür. Yoşio hollandların Naqasakidə yerləşən tibb məktəbində təhsil alırdı və fotoqrafiyanı öyrənirdi. Uçida dayısının təsiri ilə holland dilinə və fotoqrafiyaya maraq göstərməyə başlamışdır.
Fotoqrafiya Uçida hollandların tibb məktəbində Pompe van Meerdervoortun şagirdi olmuş və Ueno Hikoma ilə tanış olmuşdur. O, 1863-cü ildə fotoqrafiya ləvazimatlarının idxalı biznesi qurmuş və 1865-ci ildə Kobeyə köçərək Ueno Hikomanın qardaşı Ueno Saçima ilə birlikdə fotostudiya açmışdır. 1865-ci ildə Osakaya köçmüş və Osakadakı ilk fotostudiyanı açmışdır. Osaka qəsrində Tokuqava şoqunluğuna xidmət edən samurayların fotoportretlərini çəkməyə başlamışdır. Okubo adlı yerli hakimə kömək edərək samuray statusu əldə etmişdir. 1868-ci ildə Yokohamaya köçərək samurayların fotoportretlərini çəkməyə davam etmişdir. 1869-cu ildə Tokionun Asakusa bölgəsində fotostudiyasının yeni şöbəsini açmışdır.
Uçidan reputasiya getdikcə böyümüş və İmperator Evi Agentliyi tərəfindən Edo qəsrinin fotolarını çəkməklə vəzifələndirilmişdir. 1872-ci ilin mayında İmperator və İmperatriça Meycinin ilk rəsmi fotoportretlərini çəkmiş, 17 oktyabr onların 72 fotosunu təqdim etmişdir. Həmin il mərkəzi Yaponiya və Kyuşuya səfər edən imperatoru müşayiət etmək və səfərin fotolarını çəkməklə vəzifələndirilmişdir. İmperator birinci avtoportretdə ənənəvi geyimdə təsvir olunduğu üçün dövlət rəsmiləri bunun Yaponiyanı geridəqalmış ölkə kimi göstərəcəyindən narahat olmuşdurlar. Bu səbəbdən Uçida 8 oktyabr 1873-cü ildə növbəti dəfə İmperator Meycinin rəsmi fotoportretini hazırlamışdır. Bu avtoporetdə imperator Qərb geyimində və saç düzümündə çəkilmişdir.
Uçida portret və peyzaj fotoqrafı kimi tanınmış, dövrünün ən yaxşı yapon fotoqraflarından biri hesab olunmuşdur. Studiyası tez-tez xaricilər tərəfindən ziyarət olunurdu. O, 17 fevral 1875-ci ildə ağciyər iltihabı səbəbilə ölmüşdür. Ölümündən sonra neqativlərinin çoxu Kusakabe Kimbey tərəfindən, studiyası isə Kitaniva Tsukuba tərəfindən satın alınmışdır.
Qalereya
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Fotoqrafiyanın qabaqcılları Kateqoriya:Portret fotoqrafları Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Samuraylar