Aysel Ziyadova (12 aprel 2006, Naftalan, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Qəbələ" klubunun, həmçinin Azərbaycanın qadınlar ibarət U19 yığmasının hücumçusu. Bəzi mənbələrə əsasən Aysel Ziyadova U19 millisində bir dönəm kapitan olaraq çıxış etmişdir.
Həyatı və Karyerası 2018-ci ildən "UGİUM Naftalan" klubunda forma geyinməyə başladı. Daha sonra gənclik karyerasını "Mingəçevir" klubunda davam etdirdi. Bu klubla birlikdə 2021-2022 sezonunda U17 liqasının ən yaxşı oyunçusu seçildi.https://azertag.az/xeber/neftchi_komandasi_u_17_qizlar_liqasinin_2021_2022_ci_il_movsumunun_qalibi_olub-2156474
2022-2023 sezonunda "Şəmkir" klubunda forma geyinmişdir. 2023-cü ildən etibarən "Qəbələ" klubunda forma geyinməyə başladı.
Milli Karyerası 2023-cü ildən etibarən Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etmişdir.
Həmçinin bax Aysun Seydiyeva Səma Həsənli Şəhanə Hümbətova
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları