Ceffri Hinton (; ) — Britaniya-Kanada alimi, 2024-cü ildə fizika üzrə Nobel mükafatı laureatı (Con Hopfild ilə birgə). Həyatı Hinton 1970-ci ildə King's College Cambridge-i eksperimental psixologiya üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, Edinburq Universitetində təhsilini davam etdirmiş və burada 1977-ci ildə Kristofer Longett-Higginsin rəhbərliyi ilə apardığı tədqiqatlara görə süni intellekt üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Həmçinin bax Nobel mükafatı Nobel mükafatı laureatlarının siyahısı
İstinadlar
Kateqoriya:Britaniya sosialistləri Kateqoriya:Kanada sosialistləri Kateqoriya:Süni intellekt tədqiqatçıları