Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994462182282009↘429↘212↘217
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Sarıtala kənd kitabxana filialı, Sarıtala kənd klubu, Sarıtala poçt şöbəsi (AZ6036) fəaliyyət göstərir.
Təhsil Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir. 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Sarıtala kənd xəstəxanası yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Sarıtala kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri