İbrahimhacılı — Azərbaycan Respublikasının Tovuz rayonunun İbrahimhacılı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yaşayış məntəqəsini hacılı tirəsinə mənsub ailələrin başçısı İbrahim adlı şəxs saldığı üçün kənd belə adlandırılmışdır. Oykonim "hacılı tayfasından olan İbrahimin kəndi" mənasındadır.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993657183818192009↗4021↗2054↗1967

İqtisadiyyatı

Mədəniyyəti Kənddə İbrahimhacılı kənd kitabxana filialı, İbrahimhacılı kənd klubu, İbrahimhacılı poçt şöbəsi (AZ6041) fəaliyyət göstərir.

Təhsil Kənddə Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə İbrahimhacılı kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə İbrahimhacılı kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:İbrahimhacılı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri