Maksimir stadionu () — Xorvatiyanın Zaqreb şəhərində yerləşən stadion. Ətrafındakı Maksimir rayonunun adını daşıyan stadion 35 423 nəfərlik mümkün maksimum yer tutumu ilə ölkənin ən böyük stadionlarından biridir. Bununla belə 2020-ci ildə baş vermiş zəlzələ nəticəsində stadionun şərq tribunasının zərər görməsi və bağlanılmısı nəticəsində stadionun indiki tutumu 25 912 nəfərdir. Maksimir Xorvatiyanın "Dinamo Zaqreb" futbol klubunun ev stadionudur və 1990-cı ildən bəri beynəlxalq yarışların əksəriyyətində Xorvatiya milli futbol komandası tərəfindən istifadə olunur.
Stadion 112 il əvvəl, 1912-ci ildə tikilmiş və 1948, 1998 və 2011-ci illərdə təmir edilmişdir. Maksimir stadionu təchizatda edilən dəyişiliklər ilə konsert səhnəsinə çevrilə bilər və daha əvvəl bu şəkildə musiqi aktlarına ev sahibliyi etmək üçün istifadə edilmişdir. Stadionda dörd tribuna var: şimal, şərq, qərb və cənub. Yerlər sadəcə oturmaq üçün nəzərdə tutulub və tamaşaçıların ayaq üstə durması üçün yer yoxdur. 2011-ci ilin iyun ayında stadionda edilmiş əsaslı təmiri zamanı yeni oturacaqlar quraşdırılmış və oturacaqlar arasında daha böyük məsafə yaradılmışdır.
Maksimir stadionu 2023-cü ilin avqustunda Money agentliyinin apardığı araşdırmaya əsasən Avropanın ən çirkin üçüncü futbol stadionu seçilmişdir (birinci və ikinci yerdə müvafiq olaraq İtaliyanın Karlo Kastellani və İspaniyanın Balaidos stadionları durur).
Tarixi
Tikinti və ilk illər Zaqrebdə idmanın populyarlığının artması ilə Xorvatiyanın ilk multi-idman klublarından biri olan yerli XAŞK futbol klubu öz klubu üçün yeni stadion tikmək qərarına gəlib. Onlar Zaqrebdəki Maksimir parkının qarşı tərəfində yerləşən torpaqları Zaqreb Baş yeparxiyasından satın almışdırlar. XAŞK burada 6 000 nəfərlik tutumu olan taxta tribuna tikmiş və bura o dövrdə Zaqrebdə düzgün bir tribunaya sahib ilk yer olmuşdur. Stadion 5 may 1912-ci ildə açılıb və yeni stadionun açılış mərasimində XAŞK klubu və onların şəhərdəki rəqibi XŞK Gradjyanski Zaqreb klubu açılışı qeyd etmək üçün bir neçə yoldaşlıq oyunu keçiriblər.
26 may 1941-ci ildə Müstəqil Xorvatiya Dövlətinin Ustaş faşist hökumətindən bir nümayəndə bu stadionda gənc zaqrebli tələbələrin qarşısında çıxış edərkən serb və yəhudi tələbələrin bir-birilərindən ayrı durmalarını əmr etmiş, lakin uşaqlar itaət etməmişdirlər. Bu hadisədən az sonra, 1941-ci ilin iyununda üsyançı gənclər Maksimir stadionunu yandırıblar. Bu seqreqasiya hadisəsini xatırlamaq üçün 1977-ci ildə "Əməliyyat Stadionu" adlı film çəkilmişdir.
İkinci Dünya müharibəsindən sonra və inkişaf İkinci Dünya müharibəsindən sonra "Qradjyonski" futbol klubu Yuqoslaviyanın yeni qurulmuş kommunist rejimi tərəfindən ləğv edildi və yeni yaradılmış "FD Dinamo Zaqreb" futbol klubu əvvəlki klubun rənglərini, müvəffəqiyyətlərini və məkanlarının miras aldı. UEFA Avro 1976-ın final turniri Yuqoslaviyada keçirilən zaman Maksimir stadionu Niderland — Çexoslovakiya yarımfinal matçına və Niderland — Yuqoslaviya üçüncü yer matçına ev sahibliyi etdi. Maksimir 1987-ci ildə Zaqreb şəhərinin ev sahibliyi etdiyi Yay Universiadasının mərkəzi məkanı idi.
1990-cı il mayın 13-də Maksimir stadionunda "Dinamo Zaqreb" və "Srvena Zvezda" azarkeşləri arasında iğtişaş baş verib. Həmin ilin iyunun 3-də futbol üzrə Yuqoslaviya milli komandası son oyununu Maksimirdə oynayıb. Həmin il oktyabrın 17-də isə stadionda Xorvatiya-ABŞ matçı oynanılmış, bu oyun Xorvatiya millisinin müasir dövrdəki ilk oyunu olmuşdur.
Müasir dövr 1998-ci ildə stadionun böyük ölçüdə təmiri üçün planlar hazırlandı və elə həmin il prosesin birinci mərhələsi başladı. Bir il ərzində köhnə şimal tribunası sökülüb yenidən tikildi və bu təmir Maksimirin oturacaq tutumunu 38 079-a çatdırdı.
1992-ci ildən sonrakı 16 il ərzində Xorvatiya millisi bu stadionda oynadığı bütün matçlarda qalib gələrək məğlubedilməzliyini qoruyub saxlamış, lakin 10 sentyabr 2008-ci ildə İngiltərə Zaqrebdə Xorvatiyaya 4–1 hesabı ilə qalib gələrək illər sonra onu məğlub edən ilk komanda olmuş və onun otuz matçlıq məğlubiyyətsizlik seriyasına son qoymuşdur.
2011-ci ilin yayında stadiondakı bütün oturacaqlar dəyişdirildi, yenilənmiş ot örtüyü ilə birlikdə yeni drenaj sistemi, torpaq altından istilik və avtomatik suvarma sistemi quraşdırıldı, atletika zolağı mavi rəngli süni ot örtüyü ilə, bütün kərpic səthlər isə mavi parça ilə örtüldü.
2020-ci il zəlsələsi 2020-ci il martın 22-də, səhər saatlarında baş vermiş zəlzələ stadionun strukturuna ziyan vurub və konstruktiv mühəndis tərəfindən yoxlanıldıqdan sonra Maksimir stadionu "müvəqqəti olaraq istifadəyə yararsız" hesab edilib. Zəlzələ nəticəsində ən çox tutumuna görə ən böyüyü olan şərq tribunası zərər görüb. Hal-hazırda kluba Maksimir stadionunda matç keçirməyə icazə verilsə də, şərq tribunası tamaşaçılar üçün hələ də bağlıdır.
2023-cü ilin avqustunda Money agentliyinin Google, TripAdvisor və Football Ground kimi platformalardakı rəylərə əsaslanaraq apardığı araşdırmaya görə Maksimir stadionu Avropanın ən çirkin üçüncü futbol stadionu seçilmişdir.
Tutumu right|thumb|500x500px|U2-nin Zaqrebdəki Maksimir Stadionundakı konsertindən 360 dərəcəli görüntü Dörd trubunadan (8 sektor) ibarət stadionun ümumi tutumu 35 423 nəfərdir."Stadion — Dinamo Zagreb". gnkdinamo.hr. Archived from the original on 30 July 2017. Retrieved 9 May 2018. Hal-hazırda şərq tribunası qapalı olduğu üçün stadionun ümumi tutumu 25 912 nəfərə enib.
Şimal tribunası (yuxarı): 4,510 Şimal tribunası (aşağı): 4,950 Şimal tribunası (VIP): 300 Qərb tribunası (yuxarı): 5,101 Qərb tribunası (aşağı): 6,369 Qərb tribunası (VIP): 748 Şərq tribunası: 9,514 – zəlzələnin vurduğu zərər səbəbi ilə müvəqqəti bağlanıb Cənub tribunası: 3,931
Beynəlxalq matçlar TarixNəticəMüsabiqə25 iyun 19524–1Yoldaşlıq oyunu18 oktyabr 19533–19 may 19540–217 iyun 19561–11955–60 Mərkəzi Avropa Beynəlxalq Kuboku12 sentyabr 19565–2Yoldaşlıq oyunu12 may 19576–11955–60 Mərkəzi Avropa Beynəlxalq Kuboku5 oktyabr 19584–4Yoldaşlıq oyunu19 noyabr 19612–130 sentyabr 19622–33 noyabr 19632–08 may 196618 noyabr 197021 oktyabr 19730–01974 FİFA Dünya Kubokunun təsnifat mərhələsi28 sentyabr 19741–0Dostluq oyunu15 oktyabr 19753–0UEFA Avro 1976 təsnifat mərhələsi24 aprel 19762–0UEFA Avro 1976 yarımfinalı16 iyun 19763–1 (ə.v.)UEFA Avro 1976 yarımfinalı19 iyun 19763–2 (ə.v.)UEFA Avro 1976, üçüncü yer uğrunda oyun8 may 19770–21978 FİFA Dünya Kubokunun təsnifat mərhələsi4 oktyabr 19781–2UEFA Avro 1980-in təsnifat mərhələsi13 iyun 19794–1Yoldaşlıq oyunu12 noyabr 19830–06 sentyabr 19893–11990 FİFA Dünya Kubokunun təsnifat mərhələsi3 iyun 19900–2Yoldaşlıq oyunu17 oktyabr 19902–1Yoldaşlıq oyunu22 oktyabr 19923–0Yoldaşlıq oyunu25 iyun 19933–14 iyun 19940–09 oktyabr 19942–0UEFA Avro 1996-ın təsnifat mərhələsi25 mart 19954–026 aprel 19952–03 sentyabr 19957–110 noyabr 19961–11998 FİFA Dünya Kubokunun təsnifat mərhələsi6 sentyabr 19973–229 oktyabr 19972–01998 FİFA Dünya Kubokunun pley-off mərhələsi6 iyun 19987–0Yoldaşlıq oyunu14 oktyabr 19983–2UEFA Avro 2000-in təsnifat mərhələsi28 aprel 19990–0Yoldaşlıq oyunu21 avqust 19992–1UEFA Avro 2000-in təsnifat mərhələsi4 sentyabr 19991–09 oktyabr 19992–229 mart 20001–1Yoldaşlıq oyunu28 may 20000–211 oktyabr 20001–12002 Dünya Kubokunun təsnifat mərhələsi6 oktyabr 20011–027 mart 20020–0Yoldaşlıq oyunu17 aprel 20022–029 mart 20034–0UEFA Avro 2004-ün təsnifat mərhələsi11 oktyabr 20031–015 noyabr 20031–1UEFA Avro 2004-ün pley-off mərhələsi31 mart 20042–2Yoldaşlıq oyunu4 sentyabr 20043–02006 FİFA Dünya Kubokunun təsnifat mərhələsi9 oktyabr 20042–226 mart 20054–030 mart 20053–08 oktyabr 20051–07 oktyabr 20067–0UEFA Avro 2008-in təsnifat mərhələsi11 oktyabr 20062–024 mart 20072–16 iyun 20070–08 sentyabr 20072–013 oktyabr 20071–06 sentyabr 20083–02010 FİFA Dünya Kubokunun təsnifat mərhələsi10 sentyabr 20081–415 oktyabr 20084–06 iyun 20092–25 sentyabr 20091–07 sentyabr 20100–0UEFA Avro 2012-nin təsnifat mərhələsi12 oktyabr 20102–1Yoldaşlıq oyunu17 noyabr 20103–0UEFA Avro 2012-nin təsnifat mərhələsi6 sentyabr 20113–115 noyabr 20110–0UEFA Avro 2012-nin pley-off mərhələsi29 fevral 20121–3Yoldaşlıq oyunu7 sentyabr 20121–02014 FİFA Dünya Kubokunun təsnifat mərhələsi22 mart 20132–07 iyun 20130–111 oktyabr 20131–219 noyabr 20132–02014 FİFA Dünya Kubokunun pley-off mərhələsi9 sentyabr 20142–0UEFA Avro 2016-nin təsnifat mərhələsi28 mart 20155–110 oktyabr 20153–05 sentyabr 20161–12018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi12 noyabr 20162–024 mart 20171–03 sentyabr 20171–09 noyabr 20174–12018 FİFA Dünya Kubokunun pley-off mərhələsi15 noyabr 20183–22018–19 UEFA Millətlər Liqası21 mart 20192–1UEFA Avro 2020-in təsnifat mərhələsi11 oktyabr 20202–12020–21 UEFA Millətlər Liqası14 oktyabr 20201–222 sentyabr 20222–12022–23 UEFA Millətlər Liqası21 noyabr 20231–0UEFA Avro 2024-ün təsnifat mərhələsi
Yeni stadion təklifi Yeni stadion üçün dizayn müsabiqəsini 2008-ci ilin may ayında memar Xrvoye Niyriç qazanıb. "Mavi vulkan" () ləqəbli qalib dizayn 55 000 nəfərlik tutuma sahib olacaq. Stadionun xarici mavi rəngli polikarbonat örtüklə örtüləcək və stadionun üstündən fotovoltaik panellərlə örtülmüş buludvari struktur asılı duracaq.
Bu təkliflə bağlı 2008-ci ilin iyun ayına təyin edilmiş referendum o vaxtdan bəri bir neçə dəfə təxirə salındı və keçirilmədi. 2012-ci ilin oktyabrında dayandırılan layihə bundan sonra 2013-cü ildə UEFA Avro 2020-yə ehtimal edilən ev sahibliyi təklifi və 2018-ci ildə Xorvatiyanın Dünya Kubokundakı tarixi uğurundan sonra bir müddətlik yenidən göz özünə gəldi.
İstinadlar
Kateqoriya:Xorvatiya stadionları