– Yaponiya filosofu, buddist mütəfəkkiri və pedaqoqu. Fəlsəfənin populyarlaşdırılması ilə məşğul olmuş, Toyo Universitetinin əsasını qoymuşdur.

İlk illəri İnoue Enryo 1858-ci ildə indiki Niiqata prefekturasında doğulmuşdur. Ailəsi buddizmin Codo Şin sektasına mənsub idi. Tadanori İşiqurodan Çin klassikləri dərsi almış, Naqaoka İngilis Məktəbində ingilis dilini öyrənmişdir.

İnoue Honqan məbədi tərəfindən Tokio Universitetində təhsil almağa göndərilmiş, 1885-ci ildə universiteti bitirmişdir. Universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. Universitetdə oxuduğu vaxt 1884-cü ildə Tetsuqukayı təsis etmişdir.

Fəaliyyəti İnoue 1887-ci ildə Toyo Universitetinin sələfi olan fəlsəfə institutu Tetsuqakukanı qurmuşdur. Qautama Budda, Konfusi, Sokrat və İmmanuel Kant kimi filosofların fikirlərinin sintezini yaratmağa çalışmışdır. Buddizmi Qərb fəlsəfəsi ilə interpretasiya etmişdir. O, Yaponiyanın qərbləşməsindən narahat olmuş, Şərq ideyalogiyasını yaymaq üçün "Nihonjin" jurnalını yaratmışdır. 1888 və 1902-ci illərdə Avropaya səyahət etmişdir. 1906-cı ildə Tetsuqakukanın direktorluğu vəzifəsindən istefa etmişdir.

İnoue 120-dən çox kitab yazmışdır. Mistik hadisələri və yokayları araşdırmışdır. 1895-ci ildə nəşr olunmuş 8 cildlik əsas əsərlərindən biridir. O, bütün Yaponiyanı gəzərək mifologiya və xurafatlar haqqında araşdırmalar aparmış, xurafatların əsassız olduğunu sübut edərək insanları maarifləndirməyə çalışmışdır. Digər əsərlərinə , və daxildir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Yaponiya buddistləri Kateqoriya:Yaponiya folklorşünasları Kateqoriya:Universitet təsisçiləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları