Bu səhifədə Yaponiya muzeylərinin siyahısı verilmişdir. 2018-ci ilin oktyabrına olan statistikaya əsasən Yaponiyada 5738 muzey fəaliyyət göstərir.
Siyahı Aomori prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Osamu Dazai Memorial Muzeyi 100px Qoşoqavara 17 aprel 1998 ədəbiyyat Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey yazıçının doğulduğu, 1907-ci ildə tikilmiş, Şoyokan kimi tanınan malikanədə yerləşir. Muzeydə Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.
Ayçi prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi 100px İnazava 15 aprel 2000 elm Muzey insanları kanalizasiya sistemləri barədə məlumatlandırmaq məqsədilə açılmışdır. 2017-ci ildəki sponsorluq razılaşmasına əsasən muzeyin rəsmi adı Metawater Ayçi Kanalizasiya Elmi Muzeyidir. Burada kanalizasiya sisteminin iş prinsipini göstərən bölmələr yerləşir. Maneki-neko Muzeyi 100px Seto 16 mart 2005 incəsənət Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir. Muzeyin əsası 2000-ci ildə Qunma prefekturasında qoyulmuşdur. Daha sonra 2004-cü ildə indiki yerinə köçürülmüşdür. Muzey kolleksiyasının böyük hissəsini minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir. Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi 100px Naqoya iyul 1989 elm Muzey Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır. Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur. Muzeydə suyun dövranı, Naqoya şəhərinin təhlükə xəritəsi, kanalizasiya borularına qulluq, kanalizasiyanın tarixi haqqında məlumatlar verilir. Takeşima Fentezi Muzeyi 100px Qamaqori 1983 qarışıq İlk adı Qamaqori Fentezi Evi olmuşdur. Muzey balıqqulaqları ilə bəzədilmiş tavan dekorasiyaları, LED işıqlandırmalar, güzgülər və fentezi musiqisi ilə əhatə olunmuş, sürreal fentezi dünyası yaradılmağa çalışılmışdır. Muzeydə dünyanın 110 müxtəlif yerindən toplanmış 55 milyondan çox balıqqulağı nümayiş etdirilir. Toyohaşi Təbii Resurslar Muzeyi 100px Toyohaşi 1 noyabr 1980 elm Yeraltı resurslara, minerallara və enerjiyə həsr olunmuşdur. Muzeyin giriş tuneli Mie prefekturasında yerləşən və 1978-ci ildə bağlanmış Kişu mis mədəninin tunellərinin modeli əsasında hazırlanmış replikadır. Burada dünya tapılmış ən böyük topaz və ametist mineralları sərgilənir.
Çiba prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında İçihara Gölkənarı Muzeyi 100px İçihara 3 avqust 2013 incəsənət Takataki gölünün kənarında yerləşir. Muzeydəki xüsusi sərgilər incəsənət, memarlıq, dizayn, musiqi və folklor kimi mövzulara həsr olunur. Daimi sərgidə İçihara şəhərinin fəxri vətəndaşı olan sənətçi Yukio Fukazavanın işləri nümayiş etdirilir.
Ehime prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Beşşi Mis Mədəni Memorial Muzeyi 100px Niihama 13 iyun 1975 geologiya Beşşi mis mədəninin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Bu məbəd Yaponiyanın ən böyük mis mədənlərindən biri olmuşdur. Muzeydə Beşşi mis mədəninə aid əşyalar, mədənin açılmasına aid tarixi materiallar, süxurlar, mədənçilik texnologiyası materialları, mədən həyatı və praktikaları haqqında materiallar sərgilənir.
Fukui prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Eçizen Yengəc Muzeyi 100px Eçizen 15 iyul 2000 zoologiya Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir. Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir, yengəc balalarının yetişdirilməsi ilə məşğul olunur, yengəclərlə bağlı incəsənət sərgiləri baş tutur.
Fukuoka prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Toto Muzeyi 100px Kitakyuşu 28 avqust 2015 şirkət Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə açılmışdır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir.
Fukuşima prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi 100px Futaba 20 sentyabr 2020 memorial 2011-ci ilin martında Yaponiyanın şərqində baş vermiş Tohoku zəlzələsi və sunamisi, eləcə də, Fukişima-1 AES nüvə fəlakəti hadisəsinə həsr olunmuşdur. Muzeydə Nüvə fəlakətinin səbəb olduğu fəsadlar statistik məlumatlar, fotolar, qrafiklər və şahid ifadələri ilə nümayiş etdirilir. Eksponatlara zəlzələ anında dayanmış saatlar, dağıntılar arasında tapılmış əşyalar, təxliyə üçün istifadə olunmuş təchizatlar daxildir. Hideyo Noquçi Memorial Muzeyi 100px İnavaşiro 21 may 1939 elm Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. İino UNO Muzeyi 100px İino noyabr 1992 elm Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur. İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir. Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir.
Gifu prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Su Muzeyi 100px Gifu aprel 2002 elm Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur. Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları sərgilənir. Oqaki Poster Muzeyi 100px Oqaki 25 oktyabr 1996 incəsənət Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir.
Hiroşima prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Miyoşi Mononoke Muzeyi 100px Miyoşi 26 aprel 2019 folklor Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" adlı yokay nağılına görə tanınır. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır. Ziyarətçilər interaktiv rəqəmsal yokay kitabı ilə tanış ola və xüsusi kamera ilə yokaylarla şəkil çəkdirə bilərlər. Okunoşima Zəhərli Qazlar Muzeyi 100px Takehara aprel 1988 hərb Okunoşima adası Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunduğu üçün "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir.
Hokkaydo prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Çurui Nauman Fili Muzeyi 100px Makubetsu 2 avqust 1988 elm Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə açılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır: muzeyin mərkəzindəki günbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər. Kitaiçi Venesiya İncəsənəti Muzeyi 100px Otaru 1988 incəsənət İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuşdur. Həm Otaru, həm Venesiya kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. Muzeydə orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir. Otaru Musiqi Qutusu Muzeyi 100px Otaru 1967 incəsənət Muzey musiqi qutularına həsr olunmuş ən böyük Yaponiya muzeyidir. Otaru hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" kimi tanınmışdır. Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Burada dünyanın ən böyük buxar saatı yerləşir. Sapporo İncəsənət Muzeyi 100px Sapporo 29 sentyabr 1990 incəsənət Sapporo İncəsənət Parkının tərkibinə daxildir. Sapporo şəhəri tərəfindən yaradılmış ilk ictimai incəsənət muzeyidir. Hokkaydo, xüsusilə, Sapporo şəhərindən olan sənətçilərin işlərinə həsr olunsa da, burada xarici sənətçilərin müasir incəsənət əsərləri, eləcə də, meşə və bəşəriyyət mövzusunda işlər də sərgilənir. Sapporo Pivə Muzeyi 100px Sapporo 1 iyul 1987 içki Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur.
Hyoqo prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi 100px Avaci 15 mart 2000 incəsənət Rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-elərinə həsr olunmuşdur. Dünyada incəsənətə həsr olunmuş ilk pişik muzeyidir. İki mərtəbədən ibarət muzeydə pişikləri təsvir edən 120 rəsm və keramika məmulatı nümayiş etdirilir. Muzeyin kolleksiyasına 7000 pişik təsviri daxildir. Hakuşika Memorial Sake Muzeyi 100px Nişinomiya 17 fevral 1982 içki Yaponiyada açılmış ilk, eləcə də, yeganə sake və sakura muzeyidir. Nişinomiya şəhəri Edo dövründə sake sənayesinə görə məşhur olmuşdur. Burada sakenin hazırlanma prosesi nümayiş etdirilir, Amida-quruma kimi sake hazırlama alətləri sərgilənir. Hyoqo Prefektura İncəsənət Muzeyi 100px Kobe 6 aprel 2002 incəsənət Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir. Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Muzeyin memarı Tadao Ando olduğu üçün burada ona həsr olunmuş daimi sərgi yerləşir. Kobe Lempvork Şüşə Muzeyi 100px Kobe 13 iyul 2005 incəsənət Dünyada şüşəçilik sənətinin lempvork üslubuna həsr olunmuş yeganə muzeydir. Muzeydə qədim dövrdən müasir dövrə qədərki vaxta aid 2000-dən çox lempvork iş sərgilənir. Bu işlər arasında yapon dilində tonbadama kimi tanınan lempvork muncuqlar, murrini, marbllar, şüşə heykəlciklər, stəkanlar var. Qenbudo Muzeyi 100px Toyooka 1971 geologiya Əsas mövzusu Qenbudo mağarasıdır. Burada müxtəlif qayalar, süxurlar, minerallar və fosillərlə yanaşı, ənənəvi Toyooka toxuculuğuna aid olan məhsullar sərgilənir. Eksteryeri heksaqonal sütunların formasında inşa olunmuşdur. Fosillər bölməsində triseratops və pterozavr fosilləri, eləcə də, Amerikada kəşf edilmiş tirannozavr skeleti sərgilənir.
İşikava prefekturası Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında Kanazava Yasue Qızıl Vərəq Muzeyi 100px Kanazava 1974 incəsənət Dünyada qızıl vərəqə həsr olunmuş azsaylı muzeylərdən biridir. Kanazava şəhəri qızıl vərəq istehsalına görə tanınır. Sənətkar Yasue Takaaki tərəfindən açılmışdır. Muzeyin kolleksiyasına qızıl işləmə alətləri, müxtəlif istehsal mərhələlərində olan qızıl vərəqlər, parçalar, keramika məhsulları, şüşə qablar, heykəllər, kalliqrafiya işləri daxildir. Karakuri Memorial Muzeyi 100px Kanazava aprel 1996 elm Karakuri kuklaları ustası Ono Benkiçinin ixtiralarına və həyatına həsr olunmuşdur. Karakuri kuklaları ilə bağlı yeganə muzeydir. Muzey binası kitamaebune gəmilərinin formasında dizayn olunmuşdur. Muzeydə Ono Benkiçinin karakuri kuklaları, yazıları və digər ixtiraları sərgilənir. Kolleksiyaya 100-dən çox əşya daxildir.