– yaponəsilli Britaniya müəllifi.

Həyatı 1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır. 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır.

1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür.

Fəaliyyəti Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir. 1985-ci ildə Esseks Universitetində mühazirəçi olmuş, Çiba prefekturasındakı yerləşən Şumey Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.

Əsərləri

İstinadlar

Kateqoriya:Birləşmiş Krallıq–Yaponiya münasibətləri