– Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində yerləşən kanalizasiya muzeyi.
Tarixi Muzey 1989-cu ilin iyulunda Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır. 2012-ci ildə Naqoya şəhərinin kanalizasiya sisteminin 100 illiyi ilə əlaqədar olaraq yenidən açılmışdır. 2019-cu ilin iyulunda muzeyin 30 illiyi münasibətilə yenidənqurma işləri aparılmışdır. 2020-ci ildə "Metawater" şirkəti ilə imzalanan müqaviləyə əsasən muzey rəsmi olaraq "Metawater Naqoya Kanalizasiya Elmi Muzeyi" adlanmışdır.
Xüsusiyyətlər Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur və beş bölmədən ibarətdir. Muzeyin girişində suyun dövranına həsr olunmuş hissədə ziyarətçilər "su damcısına çevrilərək" virtual səyahətə çıxa bilərlər. Gündəlik həyata həsr olunmuş bölmədə suyun istifadə etdikdən sonra hara getdiyi izah olunur. Kanalizasiya təmizləmə bölməsində suyun təmizlənmə prosesi göstərilir. "Təbii fəlakətlərə hazırlıq" bölməsində Naqoya şəhərinin təhlükə xəritəsi və drenaj simulyasiya oyunu yerləşir. "Kanalizasiya borularının qulluğu" və "Naqoya kanalizasiya sisteminin tarixi və gələcəyi" muzeyin digər bölmələridir. Muzeyin teatrında su haqqında videomateriallar nümayiş olunur.
Muzeyin açıq hava sərgisində Yaponiyada quraşdırılmış kanalizasiya qapaqları sərgilənir. Akvarium guşəsində Kiso çayında yaşayan canlılar haqqında məlumatlar verilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1989-cu ildə yaradılmış muzeylər Kateqoriya:1989-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Ayçi prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı kanalizasiya muzeyləri Kateqoriya:Yaponiyadakı elm muzeyləri Kateqoriya:Naqoya tikililəri