Berqamo Universiteti — İtaliyanın Berqamo şəhərində yerləşən İtalyan dövlət universiteti.
Tarixi 11 dekabr 1968-ci ildə Xarici Dillər və Ədəbiyyat İnstitutu kimi yaradılmışdır və yeddi fakültə, üç kampus və qırx bir kursdan ibarətdir.
1990-cı ildə universitetin adı Berqamo Tədqiqat Universiteti olaraq dəyişdirildi. Bu illər ərzində universitet Berqamo şəhərinin bəzi tarixi binalarının bərpasında mühüm rol oynamışdır.
Qısa müddətdən sonra Universitetdə əsaslı dəyişikliklər baş verdi. 1992-ci il noyabrın 1-də Universitet dövlət qurumuna çevrildi və adı Berqamo Universiteti oldu.
Akademik strukturu Universitet bakalavr, magistratura və doktorantura dərəcələri təklif edir.
Fakültələri
Hüquq fakültəsi Mühəndislik və Tətbiqi Elmlər fakültəsi İdarəetmə, İnformasiya və İstehsalat fakültəsi Ədəbiyyat, Fəlsəfə və kommunikasiya fakültəsi Xarici dillər, Ədəbiyyat və Mədəniyyət fakültəsi Biznesin İdarəetməsi fakültəsi İqtisadiyyat Elmləri fakültəsi Humanitar və Sosial Elmlər fakültəsi
Bəzi fakültələrdə tədris ingilis dilində keçirilir. Berqamo Universiteti altı doktorantura dərəcəsi təklif edir.
Reytinqləri
Berqamo Universiteti təkcə milli səviyyədə tanınmır. Times Higher Education reytinqində universiteti dünyanın ən yaxşı 500 universiteti və dünyanın ən yaxşı 100 gənc universiteti sırasına daxil etmişdir.
Kampusları
İstinadlar
Xarici keçidlər Bergamo University website
Kateqoriya:İtaliya universitetləri Kateqoriya:İtaliyada təhsil