Mavi dənizin sahilində () — 1935-ci ildə çəkilmiş sovet filmi.

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.

Məzmun Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.

Film haqqında Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir. İlk Azərbaycan səsli filmidir. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır. Bu film Bernar Eyzenşitsin (Fransa) dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına (kino sənəti kimi tarixi inkişafda) daxil edilib. Eyni zamanda film sıravi tamaşaçı kimi Naum Kleymanın (Rusiya) bütün dövrlərin ən yaxşı 12 əsəri kimi adı çəkilən III siyahısına (sıravi tamaşaçı kimi) daxil edilib. Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir.Журнал "Киноведческие записки". 1995 г. № 27. Belə ki, "Kinovedçeskiye Zametki" (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. 3 kateqoriya vardı: kinonun incəsənət növü kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən) müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən) şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən). Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında "Mavi Dənizin Sahilində" filminin adı da vardı.Aylin "Kəndlilər, Köçərilər, Mavi dənizin sahilində", Kino+ qəzeti, 29.09.2006, səh 10.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Klimenti Mints Rejissor: Boris Barnet Həmrejissor: Səməd Mərdanov Quruluşçu operator: Mixail Kirillov Quruluşçu rəssam: Viktor Aden Bəstəkar: Sergey Pototski Səs operatoru: A. Qornşteyn İkinci operator: Mirzə Mustafayev Rejissor assistenti: Məmməd Əlili, K. Pavlidi Operator assistenti: S. Antipov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Musiqi tərtibatçısı: Səməd Mərdanov

Rollarda Yelena Kuzmina — Mariya Lev Sverdlin — Yusif Nikolay Kryuçkov — Alyoşa Semyon Svaşenko Lyalya Sateyeva Aleksandr Jukov Aleksey Dolinin Sergey Komarov Boris Barnet

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. М. Кушниров. Жизнь и фильмы Бориса Барнета. Москва, 1977 г., стр. 137. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 253. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 44-46; 384. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər

Kateqoriya:1935-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Azərbaycan haqqında filmlər Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanda çəkilən filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Maksim Qorki adına kinostudiyanın filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Adalar haqqında filmlər