Tütək səsi — rejissor Rasim Ocaqovun filmi.Ramilə. 35 yaşlı "Tütək səsi": Bu film Rasim Ocaqovun rejissor kimi ilk və ən çox sevdiyi filmdir //Mövqe.- 2011.- 29 yanvar.- S. 13. 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb.

Məzmun Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.

Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var.

Festivallar və mükafatlar 1976-cı ildə Frunzedə (indiki Bişkek) IX Ümumittifaq kinofestivalı Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomu və prizi verilmişdir.

Film haqqında Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir. Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir. Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır. Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak etmişdir. Filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir. Bu epizod 9 dubla çəkilmişdir. Aktrisa Xalidə Quliyevanın dediklərinə görə İsfəndiyar kişini canlandıran Məmmədrza Şeyxzamanov hər dublda həqiqətən ağlayırmış. Natura çəkilişləri (Qusarın Xuray, Əniğ, Urva və digər kəndlərində çəkilib), kütləvi səhnələrdə kənd əhalisinin (500 nəfərə yaxın kənd sakini) iştirakı, real portret planlar əhvalata dokumental ton gətirir. "Tütək səsi" Rasim Ocaqovun "Qatır Məmməd"dən sonra ikinci tammetrajlı bədii filmidir. O, Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Çəkilişlər başlananda Şahmar Ələkbərov ağır xəstələnir. Ona görə rejissor moldavan aktyoru Mixail Volontiri dəvət edir. Onun personajını isə Şahmar Ələkbərov səsləndirib. Tapdıq rolunun ifaçısı Akif Əli uzun müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib. Cəbrayılla Sayalının evinin qarşısındakı səhnə milis maşınlarının nəzarəti altında çəkilib. Kənd camaatına elə gəlib ki, aktyor doğrudan da əsgər namusuna sataşıb. Ona görə Volontiri döymək istəyiblər. Filmdəki "Ürfani" ("Ruhani") aşıq havasının ifaçısı Aşıq Hüseyn Saraçlıdır (1916–1987).

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: İsa Hüseynov Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejisor: Ramiz Əliyev Operator: R. Silonyan Qrim rəssamı: Elbrus Vahidov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Cəfər Əsədov, Aydın Mahmudbəyov, S. Kaşiyev, E. Muradova Rəssam assistenti: Fikrət Ələkbərov Operator assistenti: Rəsul Bayramov (R. Bayramov kimi) Redaktor: Fərman Kərimzadə Filmin direktoru: Əli Məmmədov Kadrarxası mətn: Həsənağa Turabov

Rollarda Akif Məhərrəmov (Akif Əli) — Tapdıq Mixail Volontir — Cəbrayıl Məmmədrza Şeyxzamanov — İsfəndiyar kişi Yusif Vəliyev — Qılınc Qurban Liya Eliava — Sayalı Səfurə İbrahimova — İsmət Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Milli Şükufə Yusupova — Tutu Ötkəm İsgəndərov — Nuru Sadıq Hüseynov — Rza Süsən Məcidova — Suğra xala Gümrah Rəhimov — Muxtar E. Paşayev Zemfira Sadıqova — Xədicə K. Rəsulova Z. Fətəliyeva Aqşin Rəsulov Vaqif Mustafayev İ. Babayev Muxtar Avşarov Sədaqət Zülfüqarova — kənd sakini Səmayə Musayeva M. Rəsulzadə F. Məmmədov Məmmədsadıq Nuriyev — Səlim Sadıq Həsənzadə — Zahid Gəray Əlibəyov Şamil Süleymanov — Cümrü Cəvahir Bayramova — kənd sakini Şəmsi Şəmsizadə — Tahir

Filmi səsləndirənlər Rasim Balayev — Nuru (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Cəbrayıl (Mixail Volantir) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Sayalı (Liya Eliava) (titrlərdə yoxdur) Ofeliya Sənani — İsmət (Səfurə İbrahimova) (titrlərdə yoxdur) Səməndər Rzayev — Muxtar (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Zahid (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Ramiz Məlikov — Tapdıq (Akif Məhərrəmov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Rəhman (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 304; 511. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 220–223; 227–232; 268. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Sevda Sultanova "Cəbrayılla Sayalını NKVD məcburi evləndiribmiş – "Tütək səsi"nə çəkilməyənlər" Kulis.az Kərimov Hafiz. "Ürfani" havalarının variantlarına dair". Konservatoriya jurnalı, N:1–2(47), Bakı-2020

Xarici keçidlər Filmi izlə "Tütək səsi"nin Millisi: "O kadr milis maşınlarının nəzarəti altında çəkildi" – MÜSAHİBƏ

Filmin musiqisi left|thumb|Musiqi-1

Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər