Nəzirli Kamran İsmayıl oğlu () — azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016),"Qızıl Kəlmə" Ədəbi Mükafatının qalibləri müəyyənləşdi , filologiya üzrə fəlsəfə doktoru (2004).
Həyatı Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. M. Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir.
Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984–1987) qəzetində, Azərinformda (1987–1989), Azərbaycan KP MK aparatında (1989–1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991–1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996–2000), Pakistan İslam Respublikasında (1993–1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001–2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur.
Dilçilik üzrə 1 monoqrafiyası, onlarca elmi-ədəbi məqaləsi, dünya ədəbiyyatına və sosiologiyaya dair elmi əsərləri dərc olunmuşdur. Filologiya elmləri namizədidir. "Müasir Azərbaycan şeiri ingilis dilində" Layihəsinin müəllifi və rəhbəri kimi tanınmış Azərbaycan və türk şairlərinin, o cümlədən Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nigar Rəfibəyli, Rəsul Rza, Söhrab Tahir, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Əli Kərim, Şahmar Əkbərzadə, Ramiz Rövşən və başqa şair və yazıçılarımızın əsərlərini ingilis dilinə çevirən azsaylı mütəxəssislərdən biridir. Onun ingilis dilinə tərcüməsi və tərtibatıyla indiyədək 19 kitab nəşr edilmiş, Azərbaycan və türk müəlliflərinin əsərləri müxtəlif ölkələrdə ingiliscə çıxan Antologiyalara daxil edilmişdir. K. Nəzirli Azərbaycan Yazıçılar Birliyində Tərcümə seksiyasının sədridir. O, həmçinin 2019-cu ildən yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Birliyinin həqiqi üzvüdür.
H. Zərdabi mükafatı laureatıdır (1999), "Komada olan adam" kitabı Milli Kulturoloji Mükafat alıb – Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "2007-ci ilin nəsr kitabı" (2008) elan olunub. Rəsul Rza adına ədəbi mükafatın laureatıdır (2016).
AYB XI qurultayında AYB Gənclər Şurasına üzv seçilmişdir. ABŞ, Türkiyə, Hollandiya, Koreya, Özbəkistan, Moldova, Rumıniya, Serbiya, Rusiya, Belarus və Ukraynada müxtəlif ədəbi almanax və jurnallarda hekayələri işıq üzü görüb. Azərbaycan mədəniyyətini və ədəbiyyatını müxtəlif festival və simpoziumlarda təmsil etmişdir. 2006-cı ildə Frankfurt şəhərində Almaniyanın Bundesbankında 40 ölkənin Mərkəzi banklarından gəlmiş Mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi müsabiqədə təqdimatla çıxış etmiş və 1-ci yerə layiq görülmüşdür. 2009-cu ildə Niderlandın Haaqa şəhərində 14-cü Beynəlxalq Ədəbiyyat Festivalında, 2022-ci ildə İstanbulda keçirilən Beynəlxalq Hekayə Festivalında müasir Azərbaycan Ədəbiyyatı və onun xarici əlaqələri haqqında təqdimatlarla çıxış etmişdir.
Kamran Nəzirli Azərbaycanda Milli Kitab Mükafatına namizəd göstərilmiş 10 ən yaxşı müəllif siyahısına düşmüşdür. "Dünya ədəbiyyatı kitabxanası" seriyasından olan "Heç kim heç vaxt ölmür" toplusuna K. Nəzirlinin müxtəlif illərdə ingiliscədən dünya ədəbiyyatı nümunələrindən tərcümə etdiyi əsərlər yer almışdır. Bu topluya görə 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2016-cı ildə Minskdə keçirilən MDB ölkələrinin beynəlxalq "Rodnoy dom" ("Doğma ev") ədəbi müsabiqəsinin nəsr nominasiyası üzrə Qrand-Pri mükafatına layiq görülüb.
2018-ci ildə Ədəbiyyat üzrə "Humay" mükafatı laureatı adına layiq görülüb.
2019-cu ildə Yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Birliyinin (Rusiya ofisi) təqdimatı ilə Ədəbiyyat üzrə Beynəlxalq London mükafatına namizəd irəli sürülmüş, 40 ölkənin yazıçıları arasında uzun siyahıya düşərək nominant diplomuna və döş nişanına layiq görülmüşdür. K. Nəzirli həmin təşkilatın həqiqi üzvüdür.
Evlidir, üç övladı var.
Əsərləri
Bədii nəsr kitabları Sevgi nağılı. Bakı: Gənclik, 1991 Doğmalar arasında. Bakı: Gənclik, 1995 The Old Baby (ingilis dilində). Bakı: Mütərcim, 2002 Araz-ömrümün axarı. Bakı: Təhsil, 2003 Şeytan işığı. Bakı: Mütərcim, 2004 Komada olan adam. Bakı: Vətən, 2007 Hekayələr toplusu. Bakı: Qanun, 2010 Белый Дом. Баку: Мутерджим, 2011 Tokay və Manana (hekayələr) (rus və Azərbaycan dillərində). Bakı: Mütərcim, 2012 Miras (hekayələr, pyeslər). Bakı: Mütərcim, 2014, 432 səh. 19+1 (рассказы, пьеса). Баку: Мутерджим, 2014, 360 стр. Yenə də dərd havası var başımda (Söhrab Tahir haqqında). Bakı: Mütərcim, 2015 Vətən sənə oğul deyir (Rəşad həkim haqqında). Bakı: Mütərcim, 2015 Dördüncü möhür (roman). Bakı: Mütərcim, 2015, 464 s. Babalar nağıl danışmırlar (hekayələr və miniatürlər). Bakı: Mütərcim, 2018, 212 s. Hikayeler. Ankara: TULPARS Yayınları Yayınevi, 2018, 200 s. Когда чайки вьют гнезда (рассказы). Баку: Мутарджим, 2018, 248 стр. The Happy Birds (short stories). Baku: Mutarcim, 2018, 188 p. My Precious Memory (one story in three languages). Baku: Mutarcim, 2022, 76 p. Gece Yaman Uzundur, Ketebe Yayınevi, İstanbul, 2023, 152 seh. türkceye cevirmen İmdat Avşar. Sevgi Ağ Rəngdə Olur. Hekayələr toplusu, Təbriz, İran, 2024, Aydınson Nəşriyyat Evi.
Publisistika Çaykənd haqqında həqiqət (həqiqətlər və faktlar). Bakı: "Kommunist" nəşriyyatı, 1991 Cəmiyyət siyasətin güzgüsüdür. Bakı: Şuşa, 1999 Nənə, mənə atamdan danış. Bakı: Mütərcim, 2003 Əsilzadə ömrünün anları. Bakı: Qərb, 2005
Pyeslər, radiotamaşalar Səhər günəş çıxacaq (2000, Mütərcim) Şeytan işığı, Tragikomediya, 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulub (quruluşçu rejissor respublikanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru Kamran Quliyev) Narkoman, psixoloji dram, 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Musiqili Dram Teatrı tərəfindən tamaşaya qoyulub (quruluşçu rejissor respublikanın xalq artisti Kamran Quliyev)
Əsas tərcümə kitabları Herman Melvil, Mobi Dik. Şərq-Qərb, Bakı, 2011 Oskar Vayld. Seçilmiş Əsərləri. Şərq-Qərb, Bakı, 2012 Cek London. Povest və hekayələr. Yazıçı, Bakı, 1987 Marqaret Mitçel. Küləklə sovrulanlar. Roman, 2 cilddə, Bakı, Şərq-Qərb, 2015 Heç kim heç vaxt ölmür. Dünya Ədəbiyyatı klassiklərinin roman və hekayələri. Mütərcim, Bakı, 2010. 2010. Gates of Ganja, H. Miralamov. Contemporary Azerbaijani Prose. Baku, Mutarjim, 2013 Tural, Humay and Nijat. Short stories. N. Najafoghlu, Baku, Mutarjim, 2013. Светлана Алексиевич. У войны не женское лицо. Роман белорусского писателя. Баку, 2015. Перевод на Азерб. язык Dawn. A collection of poems. Gulu Aghsas. Contemporary Azerbaijani Poetry in English, Mutarjim Publishing House, 2016 The Song of Spring. A collection of poems. Nigar Rafibayli. Contemporary Azerbaijani Poetry in English, Mutarjim Publishing House, 2016 The Unforgettable Letter. A collection of poems. Baloglan Jalil. Contemporary Azerbaijani Poetry in English, Mutarjim Publishing House, 2016 Николай Чергинец. Сыновья. Роман белорусского писателя. Баку, 2016. Перевод на Азерб. язык Rashad Majid. You Love Me. A collection of poems. Contemporary Azerbaijani Poetry in English, Mutarjim Publishing House, 2017 Алесь Бадак. Рассказы. Баку, Мутарджим. 2017. Перевод на Азерб. язык Георгий Марчук. Рассказы. Баку, Мутарджим. 2017. Перевод на Азерб. язык Алесь Карлюкевич. Рассказы. Баку, Мутарджим. 2017. Перевод на Азерб. язык The Smell of Snow. A collection of poems. Sona Valiyeva Contemporary Azerbaijani Poetry in English, Baku: Zardabi LTD Publishing House, 2018 A light in the Darkness. A collection of poems. Mehmet Nuri Parmaksiz. Contemporary Turkish Poetry in English, Mutarjim Publishing House, 2018 Vaqif Bahmanli, Muslim (Baku, 2013) Jabir Novruz, Selected poems, Mutajim (Baku, 2014) Candles (Anthology of the Azerbaijani poetry-101 verses of Azerbaijani poets), Baku, 2015, in English Punishment (novel by Azerbaijani writer H. Miralamov), Baku, 2015, in English The Smell of Snow. A Collection of poems. Sona Valiyeva. Contemporary Azerbaijani Poetry in English. Zardabi LTD MMC Publishing House, Baku, 2018 The Woman. A Collection of poems. Aysel A. Alizada. Contemporary Azerbaijani Poetry in English. Mutarjim Publishing House, Baku, 2017 The Way to Love. A Collection of poems. Musa Urud. Contemporary Azerbaijani Poetry in English. Mutarjim Publishing House, Baku, 2019 Stay in My Heart. A Collection of poems. Nazim Ahmadli. Contemporary Azerbaijani Poetry in English. Mutarjim Publishing House, Baku, 2021 You are Your Own Way. A Collection of poems. Ramiz Rovshan. Contemporary Azerbaijani Poetry in English. Mutarjim Publishing House, Baku, 2021 The Scent of Roses. Short stories. Zemfira Maharramli Contemporary Azerbaijani Prose in English. Mutarjim Publishing House, Baku, 2022 Mario Pyuzo, "Xaç Atası", roman, Bakı, 2022 Farid Husseyn. Selected Poems, Baku, 2023 Mark Tven, Yerdən Məktublar (Letters from the Earth). Kulis.az saytı, 18 mart, 2023-cü il V. Şekspir, Kral Lir (Bakı, dekabr 2025) ANAR, Dantenin Yubileyi (ingiliscə, Bakı, 2025) Hüseyn Cavid, İblis (ingiliscə, Bakı, 2026)
Mükafatları Həsən bəy Zərdabi mükafatı, 1999, "Cəmiyyət Siyasətin güzgüsüdür" kitabına görə, Bakı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatı, 2011, Bakı ABŞ səfirliyinin xüsusi mükafatı "Mobi Dik" əsərinin tərcüməsinə görə, 2011, Bakı "Rəsul Rza" mükafatı laureatı, 2016, Bakı MDB ölkələri üzrə "Rodnoy Dom" Beynəlxalq Ədəbiyyat müsabiqəsinin qalibi, 2016, Minsk "Humay" Milli Mükafatı, 2018, Bakı
Filmoqrafiya Avdı Qoşqar. Yurd yeri. K. Nəzirli haqqında sənədli film (fevral, 2015)
Kamran Quliyev. Narkoman (psixoloji dram). Yazıçı Kamran Nəzirlinin pyesi əsasında (2020) Səyyarə Səyyaf. Könül dünyamız. Yaşar Əliyev və Kamran Nəzirli ilə söhbət (16.11.2019) Çağdaş qələmlər. Yazıçı Kamran Nəzirli ilə söhbət (28.09.2021) Kamran Nəzirli- Mənim sevimli yaddaşim. Səsləndirdi Roza Tagiyeva@Azerbaycan radiosu 105 FM. 24 views · 5 hours ago …more …
İstinadlar
Xarici keçidlər Vaqif Yusifli. Bir hekayənin izi ilə (Kamran Nəzirlinin hekayələri haqda) (kaspi.az) Ağ ev (hekayələr) (pdf) (kitabxana.net) 18 azərbaycanlı yazarın hekayəsi ingilis dilində — (Siyahı) (virtualaz.org) Kamran Nəzirli. "Erməni gəlini" (hekayə) (avanqard.net) Kamran Nəzirli: Yazıçı yalan danışmamalıdı. (müsahibə) (adalet.az) Kamran Nəzirli. Hekayələr (azadliq.mobi) Yazıçı, tərcüməçi Kamran Nəzirli ilə müsahibə (azyb.net) İnteqrasiya, yoxsa aludəçilik? (müsahibə) (lddt.info) Patrik Vudkokun şeirləri (Kamran Nəzirlinin tərcüməsində) (525.az) "Müasir Azərbaycan poeziyası" (sia.az) Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü Kamran Nəzirlinin "Şeytan işığı" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası ilə açmışdır (xalqqazeti.com) "Müasir Azərbaycan poeziyası" almanaxı ingilis dilində nəşr olunacaq (kaspi.az)