Nizami Bəhmənov () — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı.
Həyatı Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır.
1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub.
Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib.
Mənbə "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999 "Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri Nizami Bəhmənov vəfat edib
İstinadlar
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Şuşa Rayon İcra Hakimiyyətinin başçıları