Vanja Milinkoviç-Saviç ( , ) — Serbiyalı futbolçu. İtaliya A Seriyası klubu Torino və Serbiya milli komandasında qapıçı kimi çıxış edir.
Klub karyerası left|thumb|205x205px| Milinković-Savić 2018-ci ildə "SPAL" klubunda 2 aprel 2014-cü ildə Milinkoviç-Saviç Voyvodina klubu ilə, 3 illik, ilk peşəkar müqaviləsini imzalayır.
17 may 2014-cü ildə Mançester Yunayted klubu Milinkoviç-Saviçin transferi üçün Voyvodina ilə razılaşdığını elan edir. İki klub arasında olan razılaşmaya görə, futbolçunun transfer hüqüqlarına "Mançester Yunaytedə" sahib olsa da, futbolçu daha bir mövsüm icarə əsasında "Voyvodina"da qalacaq.
"Mançester Yunayted" və "Voyvodina" arasında transfer işləri 5 avqust 2014-cü ildə, 1,75 avroluq transfer haqqı qarşılığında tamamlanır.
Milinkoviç-Saviç 10 avqust 2014-cü ildə "Voyvodina"nın OFK Beograd klubu üzərində 3–0 hesablı qələbə qazandığı oyunda, "Voyvodina"dadebüt edir.
O , 2014–15 mövsümünün ilk dövrəsində baş tutmuş 15 liqa oyununun hamısında tam 90 dəqiqə oynayır. Qış fasiləsindən sonra Milinkoviç-Saviç liqada daha iki oyun keçirir. Ancaq sonradan təcrübəli qapıçı Surcan Jakula ilə rəqabətdə əsas heyətdəki yerini itirir.
Milinkoviç-Saviç 2015-ci ildə "Mançester Yunayted" klubuna qoşulur. Ancaq İngiltərədə oynamaq üçün iş icazəsi ala bilmədiyi üçün, 2015-ci ilin noyabrında "Mançester Yunayted" ilə müqaviləsinə klub tərəfindən xitam verir. Futbolçu klub tərəfindən sərbəst buraxılır və o, noyabrın 26-da Polşanın "Leçia Qdansk" klubu ilə, 1 yanvar 2016-cı il tarixindən başlayacaq, dörd il yarımlıq müqavilə imzalayır.
30 yanvar 2017-ci ildə İtaliyanın Torino klubu futbolçunu transfer etdiyini və iyulun 1-də onun kluba qoşulacağını açıqlayır.
O, "Torino"da ölkə kuboku oyunları üçün əsas qapıçı, A Seriyasında isə Salvatore Siriqudan sonra ikinci qapıçı olur.
İtaliya Kubokunda "Karpi" klubu ilə baş tutan matçda, rəqibin cərimə zərbəsi zamanı qapı dirəyinə dəyərək zədələnir.
6 iyul 2018-ci ildə "SPAL" klubu Milinkoviç-Saviçi Torinodan 30 iyun 2019-cu ilə qədər icarəyə götürür.
31 yanvar 2019-cu ildə Milinkoviç-Saviç 30 iyun 2019-cu ilə qədər icarə əsasında B Seriyasında çıxış edən "Askoli" klubuna qoşulur.
Futbolçunu 29 iyun 2019-cu ildə Belçikanın Standard Lyej klubu, satın alma opsionu ilə, icarəyə göturur.
15 iyun 2021-ci ildə "Torino" klubu futbolçu ilə müqaviləsini 30 iyun 2024-cü ilə qədər uzatdığını elan edir.
Milli komanda karyerası left|thumb|256x256px| Milinkoviç-Saviç 2022 FIFA Dünya Kubokunda Serbiya milli komandasında Milinkoviç-Saviç 2014-cü il UEFA U-19 Çempionatında Serbiyanın U19 milli komandasına dəvət edilir.
Milinkoviç-Saviç, Serbiya komandasının qızıl medal qazandığı 2015 FİFA U-20 Dünya Kubokunda yenidən milli komandaya dəvət edilir.
O, Serbiyanın böyüklərdən ibarət milli komandada debütünü 11 noyabr 2021-ci ildə Qətərə qarşı yoldaşlıq oyununda edir.
2022-ci ilin noyabrında o, Qətərdə keçiriləcək 2022 FIFA Dünya Kuboku oyunları üçün, Serbiya milli komandasının heyətinə dəvət edilir. Futbolçu Dünya çempionatının final mərhələsində Braziliya, Kamerun və İsveçrəyə qarşı qrup mərhələsinin hər üç oyununda iştirak edir.
Şəxsi həyatı Milinkoviç-Saviç İspaniyanın Orense şəhərində, "CD Ourense" klubunda peşəkar futbol oynayan Nikola Milinkoviç və peşəkar basketbolçu Milana Saviçin ailəsində anadan olub.
O, yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçin kiçik qardaşıdır.
Karyera statistikası
Klub
+Liqa, Klub və mövsümə görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuQitəToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolVoyvodina (icarə)2014–15Serbiya SuperLiqası1702000190Leçia Qdansk2015–16Ekstraklasa11000–1102016–17Ekstraklasa18000–180Total29000–290Torino2017–18A Seriyası1030–402020–21A Seriyası5030–802021–22A Seriyası27010–2802022–23A Seriyası38040–4202023–24A Seriyası31010–320Total1020120–1140SPAL (icarə)2018–19A Seriyası2010–30Askoli (icarə)2018–19B Seriyası8000–80Standard Lyej (icarə)2019–20Belçika Pro Liqası00003030Career total1580140301760
Milli Komanda
+Milli komanda və il üzrə oyunlar və qollar Milli komanda il Oyun Qol Serbiya 2021 1 0 2022 9 0 2023 8 0 Ümumi 18 0
Titullar Serbiya U20
FIFA U-20 Dünya Çempionatı : 2015
İstinadlar
Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliyada legioner Serbiya idmançıları Kateqoriya:Askoli FK futbolçuları Kateqoriya:SPAL FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Voyvodina FK futbolçuları Kateqoriya:Serbiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Serbiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Serbiya milli futbol komandasının oyunçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1997-ci ildə doğulanlar Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları