Sea Breeze — Bakıda kurort layihəsi.

Tarixi 300px|thumb|left|Azərbaycan və Özbəkistan prezidentləri "Sea Breeze" istirahət mərkəzi ilə tanış olarkən. 2025-ci il "Sea Breeze" layihəsi Bakı şəhərinin Nardaran qəsəbəsi ərazisində 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort layihədir.

18 aprel 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi "Sea Breeze" istirahət mərkəzində görülən işlərlə tanış olmuşdur. Prezidentə məlumat verilmişdir ki, COP29 çərçivəsində 4 min qonaq burada qalmışdır. Burada hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılmışdır, məktəb, uşaq bağçası və xəstəxana da vardır. 2028-ci ilədək burada aypara şəklində süni yarımadanın yaradılması planlaşdırılmışdır. Bu yarımadada mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yerləşəcək.

2 iyul 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Sea Breeze" layihəsinə baş çəkərək onunla tanış olmuşdur. Ərazinin əhalisinin 20 min olduğu bu görüşdə qeyd edilmişdir. İşçi sayı isə 6560 nəfərdir. Layihəyə 3 milyard ABŞ dolları investiya qoyulmuşdur.

"Sea Breeze"in təsisçisi Emin Ağalarov Avropada ən böyük kazinonun burada yerləşəcəyini elan etmişdir. Kazinonun "Sea Breeze"də tikilməsi üçün, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkilinə icazə verilməsi ilə bağlı dəyişikliklər 8 iyul 2025-ci ildə Milli Məclisdə qəbul edilmişdir.

Özbəkistanda da Çarvak gölünün sahilində "Sea Breeze Uzbekistan" kurortunun tikintisi planlaşdırılır.

Mədəniyyəti "Sea Breeze" layihəsində Şöhrət Xiyabanı yerləşir. "Sea Breeze" layihəsində "Dream fest" keçirilir.

İstinadlar

Kateqoriya:Azərbaycan kurortları Kateqoriya:2006-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Ağalarov ailəsi