thumbnail|Homerin "Odisseya" dastanındakı Polifem (Təpəgöz) Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanə adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər.Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır. Türklərlə iç-içə keçmiş olan Nart mifologiyasında hadisələrdə daxil birəbir eyni xüsusiyyətləri daşıyan bu divə rast gəlinir. Bundan başqa(Soqor/Soxor) "Kor" adı ilə bitən nəhəng adları da mövcuddur. Sokur (Soqur) sözü Anadolu da köstəbək mənasında da istifadə edilər. "Yazdırnaq" bəzən onun arvadı olaraq göstərilir. İnsan əti yeyir. İnsan sümüklərindən hörülmüş bir qalada yaşayır. Çobanlıq edər və bir tilsimli obyekti vardır. Bəzən başdan aşağı dəmir geyimli olaraq izah edilər. Bir tas böyüklüyündə gözü vardır. Qayalıq dağlardakı düzlüklərdə yaşayarlar. Bəzən ailələri olduğu deyilər. Bəziləri qarını şişən dağlardan doğular. "Kirgis" adını daşıyan bir təpəgöz çox təhlükəlidir. Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir."Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı at ağızlı Aruz Xoca tərəfindən böyüdülmüşdür. Bu Təpəgöz obrazı Türkləri qırıb tökürdü. Heç kim onunla qarşı-qarşıya dura bilmirdi. Bir tək Basatdan başqa. Basat Aruz Xocanın köç edən zaman itirdiyi oğlu idi, çox güclü idi. Təpəgözün zəif yeri , onun gözü idi. Çünki yalnız gözü ətdən idi. Qalan hissələr isə ətdən deyildi. Basat onun bütün sınaqlarından keçir və onun boynunu kəsir. Elini xilas edir. Təpəgözün imdad dilədiyi zaman oxuduğu şeir parçası vardı . Orda deyirdi: Gözüm , gözüm yalqız gözüm, bundan sonra isə gözünün belə olmasının səbəbini aydınlaşdırırdı. Qızları öldürdüm, onları dul qoydum, ərlərini öldürdüm və s. Buna görəmi belə oldu? bütün bunlara görəmi gözüm getdi? və s. kimi suallar verirdi.

Yalqızgöz Başının ortasında tək bir gözü vardır. Təpəgöz'ün bir növü olaraq keçər. Yal "Tək" kökündən gəlir. Yal sözcüyü eyni zamanda atəşi xatırladar (Yalın, Yalkın). Monqolcada Yalgah sözü, fərq etmək mənasını verər. Bunlar arasındakı oxşarlıq şərin, pisliyin göstəricisidir.

Kikloplar (Sikloplar) Odissey və onu müşayiət edənlərin səyahəti zamanı onlar qəribə macəralar yaşayırlar. Bunların içərisində ən möcüzəlilərindən biri səyahətçilərin rastlaşdığı müəmmalı varlıqlar-sikloplar (təpəgöz) idi. Məlumdur ki, sikloplar nəhəng boyları və alınlarının ortasında yerləşən iri tək gözləri ilə fərqlənirlər.

Əgər fermer Stoffel Koetzi olmasaydı, sikloplar yaddaşlarda mifik personaj kimi qala bilərdilər. Bu adam ömrünün böyük bir hissəsini təpəgözlərin axtarışına həsr edib. Görünür, Stoffel Koetzidə məlum həvəsi Henrix Şliman oyadıb. Axı, Şliman şəhəri və qiymətli xəzinəni tapana kimi Troyanın mövcudluğunu hamı inkar edirdi.

İstinadlar

Həmçinin bax Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)

Kateqoriya:Nağıl qəhrəmanları Kateqoriya:Türk mifologiyası Kateqoriya:Mifik canlılar Kateqoriya:Azərbaycan mifologiyasında nəhənglər Kateqoriya:Divlər