Qızılca — Azərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsində kənd.

Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır. .

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi Qədim Türk tayfasının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər. Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki, həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət–ənənələrini uzun müddət yaşatmışlar.

Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çayada Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir.

Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir. Tat dərəsi, Mirzələr, Allahverdi uşağı, Cəfərli, Bağırlı və s. Onlar hündür boylu, zəhmət sevər, çox çılğın və düz danışan idilər. Onlar ilk zamanlar çayın sahil boyu təqribən 10 km artıq ərazilərdə tut bağları əkərək məhsulu emalı və satışı ilə məşğul olmuşlar. Tut uzun müddət onların əsas gəlir mənbəyi olmuşdur.

Qızılca kəndi yerləşən ərazi əsasən daşlıq olduğu üçün əkinə yararsız idi.Lakin kəndin sağ və sol tərəfində 10 000 ha artıq əkin sahələri, arxa tərəfində isə meşəlik mövcud idi. Qış aylarında əsasən çay kənarı obalarda yerləşən əhali yaz və yay aylarında mal qarasın kəndin yaylaq hissəsi olan Muradlı, Qara quzey, Kömür quyusu, Yelli yurd, Qızıl qaya, Dağ təpə ərazilərinə qalxır və eyni zamanda əkin biçin ilə məşğul olurdular. Qızılca kəndindəki qədim qəbristanlıq ərazisi və orada olan qədim qəbirlər, köhnə məzar daşları öz tarixi barədə yuxarıda dediklərimizi təsiq edir. Qızılca kəndindən yuxarı olan dağa Xaçın yalı deyilməsi tərəfindən araşdırılarkən məlum oldu ki, bu adın bizim nankor qonşularımız ilə heç bir əlaqəsi yoxdur. Belə ki, XII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Alban Xaçın knyazlığı olmuşdur. İndiki Laçın bölgəsi də bu knyazlığın tabeliyində idi.

Ona görə də Dağlıq Qarabağ və digər bölgələrdə olduğu kimi bu ərazilərdə də Xaçın adı ilə bağlı adlar, toponimlər əmələ gəlmişdir. Buna misal olaraq indiki Laçın rayonu ərazisində Xaçın yalı kəndi, Bozlu kəndi ərazisində Xaşın yalı, Xaçın daşı və Qızılca kəndi ərazisindəki Xaçın yalı adlarının olması tariximizin qədim olmaından xəbər verir.

Qızılca kəndinin sol tərəfində 3 km kənarda tarixi məlum olmayan qədim “Qala” kəndi təxminən 200-ə yaxın evdən ibarət olmuşdur. Həmin ərazidən çoxlu sayda məişət və bəzək əşyaları tapılması, köhnə küpə qalıqlarının olması burada sənətkalığın inkişaf etdiyindən xəbər verir. Deyilənlərə görə Şuşa qalası tikildikdən sonra bu kəndin əhalisinin çox hissəsi Şuşa qalasına, digər hissəsi isə Qızılca kəndinə köçmüşlər. Bundan sonra isə Qala kəndi xaraba qalmışdır.

Qızılca kəndinin əhalisinə el arasında “Şadmanlılar” deyilməsi müxtəlif cürə söylənilir. Əsas fikir ondan ibarətdir ki, onlar qədim Türk tayfalarından olan “Şadmanlılar” kökündəndirlər, Türkdülər.

2-ci fikir kəndin əhalisinin əsas keçmiş məşğuliyyəti ilə bağlıdır.Belə ki, onlar yay aylarında tut məhsulunun bir yerdən başqa yerə aparmaq üçün metal qablar olmadığına görə ağacdan hazırlanmış qablardan (şad deyirmişlər) istifadə etmişlər.Unutmaq olmaz ki, bu məşğuliyyət növüdə həmin əhalinin babalarının soy kökünün məşğuliyyəti ilə bağlıdır.

Qonşu kəndlər (əhatəsi) Sus kəndi, Cağazur, Avazdar, Aşağı Mollalar, Yuxarı Mollalar, Qarıkaha, Bəylik kəndi, Sus kəndiylə qonşu olan bu kənd də rayon mərkəzi ilə üz-üzə Həkəri çayının sağ sahilində yerləşirdi. Yurd yerləri: Muradlı, Allahverdiuşağı, Alməmmədli, Bağırlı, Cəfərli. Qızılcalılara Əlallahılar (Əlini Allah bilənlər) deyirdilər. Əlallahı Qızılcalı deyimi bu gün də işlənir. Kənddəki tirələr: Dəmolar, Ağakişilər, Məmmədhəsənlər, Ağayarlılar, Usuflu. Tanınmış şəxsləri: Dostməmməd – onu görənlər tərəfindən iri cüssəli, cantarax, həmişə at belində olan bir şəxs kimi xarakterizə edilən Dostməmməd Erməni–müsəlman müharibəsinin qəhrəmanı kimi yadda qalıb.Qızılcalı Dostməmməd 1919-cu il müharibəsində erməniyə qarşı vuruşan Soltan bəyin ordusunun ən nüfuzlu şəxsləri olublar. 1919-cu ilin aprel ayında Zabux – Tat dərəsində erməni daşnaq Andranik Ozanyanın quldur dəstəsinin məhv edilməsində göstərdiyi igidliyə görə Soltan bəy ona çoxlu sayda silah – sursat vermişdi. Top atılan adlı yerə də o zaman Türk ordusundan topu alıb gətirən də məhz Dostməmməd olmuşdur. Onun dəstəsi nəinki Qızılca kəndinə, hətta qonşu kəndlərə ermənilər tərəfindən olunan basqınların qarşısının alınmasında xüsusi fədakarlıq göstərmişdir.

Aşıq Ramazan – Sarıbabadan Qalaya (Şuşa) çəkilən su kəmərinin tikintisində çalışan bu aşıq Xan qızı Xurşid Banu Natəvana həsr etdiyi şeirin əvəzində bəxşiş olaraq yəhər-yüyənli at alır. Ancaq gözəl təbə malik aşığın yaradıcılığı günümüzə gəlib çatmayıb. Xan qızına həsr edilmiş şeirdən isə bu bənd Qızılcalı Rafiq Bəhluloğlunun dilindən qələmə alınıb:

Götürübdür Sarıbabadan dəhnəsini,

Yığıbdı çınqıl təki yüz min fəhləsini,

Sırav edib Qalanın hər bir məhləsini,

Səni Xorasanda, Məkkədə durasan ay qız

Əhalisi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kolxoz quruluşu dövründə əhalinin əmlakı alınaraq kolxoza verildiyinə görə bir çox ailələr yeni quruluşa etiraz əlaməti olaraq kəndən Qarabağa və başqa ərazilərə köçmüşlər. Həmin vaxtlar kəndin ən varlı və vuran–tutan adamlarından hesab olunan Dostməmməd və Lətif könüllü olaraq öz bağlarını, mal–qarasın kolxoza versələrdə sonradan onlar müxtəlif bəhanələrlə tutularaq sürgün olunmuşlar.

Onların sonrakı talehi məlum deyil. Onlar yaşlı insanlar tərəfindən indidə hörmətlə yad edilir.

XX əsrin 20–30-cu illərində Qızılca kəndi ətraf obalarla bir yerdə 100 evdən ibarət olmuşdur.

Kənd əhalisi əsasən 1.Ağakişilər 2.Usuflu 3.Məhəmmədhəsənlilər 4.Dəmolar 5.Ağammədlilər 6.Qaraxanlılar 7.Muradlılar tirələrindən ibarət olmuşdur. İndidə bir çox hallarda yaşlı və orta nəslin nümayəndələri bir – birinə bu adlarla müraciət edirlər.

1930–40-cı illərdə kəndin ağsaqqallarından Ələkbərin, Haqverdinin, Əkbərin, Musanın, Qasımın,Cəmilin, Məhəmmədin, Ellazın, Asdanın, Temirin adları daha hörmətlə yad edilir.

İkinci Dünya müharibəsindən əvvəl (1938–42) Laçın rayon partiya komitəsinin 2–ci katibi işləmiş Xanmurad Hüseynov Qızılca kəndinin savadlı adamlarından idi. O, katib işlədiyi dövrdə, Laçınlıların hüquqlarının qorunması istiqamətində apardığı işlərə görə 1–ci katiblə aralarında dəfələrlə narazılıq olsa da camaatın qayğısın çəkməkdə davam etmişdir.

Çətin dövr olsa da əhalinin savadlanması istiqamətində xeyli iş görmüşdür. Minkənd və Qızılca kəndlərində məktəb tikintisinə nail olmuşdur.

O, Laçın rayon Partiya komitəsində katib işləyən ilk Laçınlı idi. 1942–ci ildə könüllü cəbhəyə getmiş və döyüşlərdə həlak olmuşdur. Həmin dövrdə kəndin savadlı adamlarından Əkbər dini savada malik olan və müasir elmlərdən xəbərdar bir insan olmuşdur. (1936–46) O, bolşevik İsmayıl Mirzəyevin təklifi ilə kənddə yeni hökumətin təbliğatın aparmaq məqsədilə kənd məhkəməsi (hakimi) təyin edilmişdir. Onun oğluMusa müəllim ali təhsilli riyaziyyat müəllimi idi. O Laçındakı Pedoqoji texnikomunda müəllim işləmişdir. Onun bacarığı hesabına həmin dövrdə onlarla riyaziyyat müəllimi onun davamçıları olmuşdur.

Müharibədən əvvəl əmək fəaliyyətinə başlamış daha bir həmyerlimiz həyat və fəaliyyəti dövrü indiki gənclərə örnəkdir. Həzi Həsənov müharibə ərəfəsində Laçın rayon Komsomol komitəsində katib işləmişdir.Oda könüllü cəbhəyə getmiş və ordudan zabit kimi kapitan rütbəsində ehtiyata buraxılmışdır. Onun sonrakı fəaliyyəti Laçın rayon Partiya komitəsinin katibi , 2-ci katibi vəzifələri ilə bağlıdır. Həzi Həsənov Partiya təhsili alan ilk Laçınlı idi.Yerli əhali arasında bacarıqlı insanlarının Partiya – Sovet işlərinə (vəzifələrinə) irəli çəkilməcində xüsusi xidmət göstərmişdir. Onun Laçın rayon Mədəniyyət şöbəsində müdir işlədiyi 20 il müddətində rayonun ən ucqar kəndlərində belə kitabxanaların, mədəniyyət evlərinin fəaliyyətə başlamasının şahidiyik.

Onun bacarığı sayəsində həmin dövrdə Laçın rayon mədəniyyət şöbəsi Respublikanın qabaqcıl mədəniyyət şöbələrindən hesab edilirdi. 1981–ci ildə vəzifə başında vəfat etmişdir.

1940–1980-ci illərdə Qızılca kəndinin ziyalılarından olan Bəşir Həsənov ali təhsilli tarix və riyaziyyat müəllim idi. Həmçinin Bəşir müəllim Laçın rayon Partiya komitəsinin büro üzvü olumuşdur, bir çox Sovetliklərin Partiya Təşkilatının katibi vəzifəsində çalışmışdır. 1941–1945–ci illərdə Böyük Vətən müharibəsində cəbhəyə gedən Laçınlılar arasında gənc müəllim Bəşir Həsənovda var idi. Lakin, Stalinqrada çatdıqdan sonra, Stalinin əmri ilə müəllimlər geri qaytarılır. Ürəyi vətən eşqi ilə döyünən Bəşir Həsənov, hər zaman Azərbaycanlıların təhsil almasının vacibliyini düşünür və bunun üçün də savadsız əhalinin marifləndirilməsi istiqamətində bir çox işlər görürdü. Bəşir Həsənov ali təhsilini bitirdikdən sonra, Bərdə rayonunun Kətəlparaq kəndində tarix müəllimi kimi çalışmağa başlayır. Daha sonra, təyinatı üzrə müəllimlik fəaliyyətini Laçın rayonunun Zabux kəndində məktəb direktoru kimi davam etdirib. Bir müddət burda işlədikdən sonra, Təhsil şöbəsindən, savadlı müəllimi Laçın şəhər 1 saylı orta məktəbinə direktor təyin etmək istəyirlər, rəhbərliyin israrlarına baxmayaraq, əsas məqsədi təhsildən uzaq, savadsız əhalinin marifləndirilməsi olan Bəşir müəllim öz istəyi ilə öz doğma Qızılca kəndində məktəb direktoru vəzifəsinə təyin edilir. Bu dövrdə də savadsız əhalinin marifləndirilməsi istiqamətində bir çox işlər görür, Komunist Partiyasına daxil olan, savadsız insanlara Partiya dərsini tədris edirdi. Hər zaman iclaslarda Laçınlıların hüquqlarını qoruyub, əhalinin mənafeyini müdafiə edirdi. Laçının bir çox ziyalısı, Laçında rəhbər vəzifələrdə işləyən Qızılcalıların bir çoxu Bəşir müəllimin yetirmləri olub. Laçınlılar hər zaman Bəşir müəllimi dərin hörmət və ehtiramla anırlar.

1941–1945–ci illərdə Böyük Vətən müharibəsi illərində cəbhəyə gedən Laçınlılar arasında 36 nəfər Qızılcalı da olmuşdur. Onlardan 17 nəfər yaralı və şikəst vəziyyətdə geri qayıtsada 16 nəfər həlak olmuş, 3 nəfər itkin düşmüşlər.