Lavrenyov Boris Andreyeviç () — rus sovet yazıçısı, dramaturq. SSRİ Dövlət mükafatı laureatı (1946, 1950).
Yaradıcılığı "Külək" (1924), "Qırxbirinci" (1924; eyniadlı filimlər, 1927, 1956 povestlərində, "Ayrılma" (1927) pyesində inqilabi qəhrəmanlıq romantikası əks olunmuşdur. Yeddinci pyek" (1927), "Ağac üzərində qravür" (1928) povestləri "ziyalılar, xalq və inqilab" mövzusundadır. "Strateji səhv" (1934), "Böyük torpaq" (1935) povestləri, "Qaradənizçilər haqqında nəğmələr" (1943), "Dənizdəkilərin şərəfinə" (1945) dramları var. Bəzi hekayələri Azərbaycan dilində tərcümə olunmuş, "Qiyam" (1925), "Ayrılma" "Amerikanın səsi" (1950) dramları Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. İki orden və medallarla təltiv edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Dramlar