Rolan Muradxan oğlu Quliyev (d. 23 dekabr 1987; Türkmənabad, Türkmənistan SSR, SSRİ) — Türkmənistan SSR-də anadan olmuş azərbaycanlı kikboksçu və bu idman növü üzrə Azərbaycan yığma komandasının keçmiş üzvü. O, fəaliyyəti dövründə iki dəfə Avropa üçüncüsü, 4 dəfə Türkmənistan çempionu, eyni zamanda da gənclər arasında da 2 dəfə, peşəkarlar arasında 1 dəfə Azərbaycan çempionu olmuşdur. Bundan başqa, o, 2009-cu ildə WPKA versiyasi üzrə dünya çempionu (2009), WAKO versiyası üzrə iki dəfə dünya üçüncüsü (2008, 2009) olmuşdur.

Həmçinin bax Türkmənistan azərbaycanlıları

İstinadlar

Kateqoriya:1987-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan kikboksçuları Kateqoriya:Azərbaycan boksçuları Kateqoriya:Türkmənistan azərbaycanlıları