Yühənnas Abqari () və ya Ovhannes Abqaryan (; ) — erməni iqtisadçısı, şairi və dövlət xadimi. Abqari ailəsindən İsgəndər Abqarinin kiçik qardaşıdır."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 15.

Həyatı Yühənnas Abqari 1832-ci ildə Beyrutda varlı Akop Abqaryanın ailəsində anadan olmuşdur."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 15. O, Britaniyanın Beyrut konsulluğunun tərcüməçisi olmuşdur. Abqari vaxtilə bütün Yaxın Şərqdə tanınan bir valyuta bankı qurmuşdur. Sonradan Niderlandın Misirdəki konsulu kimi çalışmışdır.

Yaradıcılığı Yühənnas Abqari ərəb əxlaqi-didaktik hekayə və romanları, dünya tarixinə dair kitab yazmış, ingiliscə-ərəbcə lüğət tərtib etmişdir (1887-ci ildə nəşr edilmişdir)."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 15.

Ailəsi Yühənnas Abqarinin həyat yoldaşı Afife Qanavatdır. Övladlarından Jozef, Mişel, Alisa və Nəcib Abqari təhsil və ictimai xadimlər, Emi və Nəsib Abqari isə həkim idilər."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 15.

1886-cı ildə Livanın Aitet şəhərində vəfat etmişdir."Ծագումով հայ են", Արծվի Բախչինյան, Երևան, 1993, էջ 15.

İstinadlar

Əlavə ədəbiyyat "Հայերը Լիբանանի մէջ", Սիսակ Վարժապետյան, Բեյրութ, 1982.

Kateqoriya:Erməni şairlər Kateqoriya:Erməniəsilli livanlılar