Qriqor Maraşetsi (; ) — XII əsr erməni şairi.
Həyatı Qriqor Maraşetsi Maraşdan çox da uzaq olmayan Gesvants monastırında yaşayıb işləyirdi.A. J. Hacikyan, G. Basmajian, E. S. Franchuk, N. Ouzounian: The Heritage of Armenian Literature: From the sixth to the eighteenth century, Literary Collections, 2002, pp. 1108, стр. 446 Maraşetsi Kilikiya ədəbi məktəbinin nümayəndəsi idi. Ən məşhur əsəri "Mərsiyələr"dir (1149, ). Bu əsər 1149-cu ildə Maraşın sultan Məsud tərəfindən alınmasına həsr edilmişdir.П. М. Хачатрян (1970), Средневековые армянские историчес кие плачи (XIV–XVII вв.). , Պատմա-բանասիրական հանդես, № 3 . стр. 270–273 Qriqor Maraşetsinin daha beş şeiri indiki dövr
gəlib çatmışdır – "Dua" (), "Tövbələr toplusu" (), həmçinin Müqəddəs Məryəmə həsr olunmuş üç panegirik.Энциклопедия "Кто есть кто. Армяне", Գրիգոր Մարաշեցի , Ереван, 2005 Qriqor şeirlərində tez-tez şəhər həyatını təsvir edir, ermənilər arasında yayılmış at yarışlarından, sirk və teatr sənətlərindən bəhs etmişdir. Sehrbazları və heyvan tərbiyəçilərini tənqid edir, onların fəaliyyətini günah hesab edir.Ордоян Г.,(2009), Цирковые формы древних состязательных игр., Պատմա-բանասիրական հանդես, № 1 . стр. 103–121. ISSN 0135–0536Армянская Советская Энциклопедия, Կիլիկյան Հայաստան , Ереван, 1974, том 5, стр. 421–422 Onun yaradıcılığında Qriqor Narekatsinin güclü təsirini hiss etmək mümkündür.
Maraşetsi həm də nüfuzlu kilsə xadimi idi. O, nəsihətlərində monastırların abbatlarına xitab edir və onları öz tələbələrinə və prixoda mənsublarına qarşı daha ədalətli olmağa çağırırdı.Борназян С. (1964), О судах Киликийской Армении и некоторых нормах международного права. , ՀՍՍՌ ԳԱ Տեղեկագիր հասարակական գիտությունների, № 7 . стр. 49–62.
İstinadlar
Kateqoriya:Erməni şairlər Kateqoriya:XII əsr şairləri