Olena Andreyçeva (;) — Ukrayna əsilli prodüser və rejissor. O, 11 yaşında Böyük Britaniyaya köçüb və daha sonra London İmperial Kollecində fizika sahəsi üzrə təhsil alıb. Bakalavr dərəcəsini başa vurduqdan sonra elm kommunikasiya istiqaməti üzrə magistr təhsili alıb. 2006-cı ildən televiziya filmlərinin istehsalı ilə məşğul olub.
O, 2019-cu ildə çəkilmiş “Döyüş zonasında skeytbordda gəzməyi öyrənmək” (Əgər siz qızsınızsa) sənədli filminin prodüseridir və bu filmə görə o, Kerol Daysingerlə birlikdə 92-ci Akademiya mükafatlarında Ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Oskar mükafatını qazanmışdır. Onun Oskar tədbirinə geyindiyi paltarını o, "bərabərsizlik və ədalətsizliklə məşğul olan" işi şüarı ilə təqdim etmişdi. O, 2021-ci ildə Afina Elm Festivalında sənədli filmin insanlara elm və texnologiyanı anlamağa necə kömək edə biləcəyi haqqında danışıb. O, Rebekka Marşallın “Məndəki meşə” adlı sənədli filmində rejissor köməkçisi olub. Film Sibirdə çəkilib və Stalin dövründən faktiki olaraq geri çəkilən, ən yaxın adamından iki həftəlik məsafədə yaşayan yetmiş yaşlı qadın Aqafiya Lıkovadan bəhs edir. O, həmçinin Nik Rozenin “Şəbəkədən kənarda necə yaşamaq olar” kitabınında korrektoru olub.'
Oskar mükafatını kazanan Andreyçeva, ölkə müstəqillik əldə etdikdən sonra, bu mükafatı qazanan Ukrayna əsilli ilk qadın qalib olub. Mükafatları İlMükafatKateqoriyaİşNəticəİstinadlar2019Beynəlxalq Sənədli Filmlər AssosiasiyasıƏn yaxşı qısametrajlı sənədli filmMüharibə zonasında skeytbord sürməyi öyrənmək (Əgər siz qızsınızsa)2020Britaniya Akademiyası Film MükafatlarıBritaniya qısametrajlı filmi2020"Oskar" mükafatıƏn yaxşı qısametrajlı sənədli film nominasiyasında "Oskar" mükafatı
İstinadlar
Xarici keçidlər Official website Interview about her career choices Interview about Oscar and Ukraine
Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Ukrayna prodüserləri Kateqoriya:Ukrayna rejissorları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Britaniya rejissorları Kateqoriya:Britaniya prodüserləri Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Böyük Britaniya kinoprodüserləri