17 — amerikalı repçi-müğənni XXXTentacion-un debüt studiya albomu. Bad Vibes Forever və Empire Distribution tərəfindən 25 avqust 2017-ci ildə buraxılıb. Albom müddətcə qısadır, ümumi müddəti 22 dəqiqədən azdır. Albomdakı mahnıların heç biri üç dəqiqədən uzun deyil. Albom “Revenge” adlı sinql ilə tanıdılıb. “17”də Trippie Redd bir mahnıda qonaq sənətçi kimi iştirak edib. Bəzi mahnılarda Shiloh Dynasty tərəfindən yazılmış mahnılardan sempllar mövcuddur.
Trek siyahısı
Qeydlər “Revenge” treki dəyişdirilmədən öncə “garette's REVENGE” adlanırdı. “Save Me” mahnısının gitara hissəsi də daxil olmaqla daha uzun versiyası hazırlanmış, lakin naməlum səbəblərə görə yayımlanmamışdır. Albomda avstraliyalı repçi Lil Bo Weep-in ifa etdiyi mahnı olmalı idi, lakin mahnı naməlum səbəblərdən alboma daxil edilmədi.Lil Bo Weep confirma participação no álbum de estreia do Xxxtentacion Архивировано Sempllar “Jocelyn Flores”, “Everybody Dies in Their Nightmares” və “Carry On” mahnılarında müğənni Shiloh Dynasty-nin mahnılarından sempllar var.
İstinadlar
Kateqoriya:2017-ci ilin debüt albomları Kateqoriya:Empire Distribution albomları Kateqoriya:XXXTentacion albomları