Mustafa Kalaycı () — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Mustafa Kalaycı 7 avqust 1960-cı ildə Konya ilinin Üçpınar ilçəsində anadan olub. Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub.

Ali Audit Şurasında auditor və baş auditor vəzifələrində çalışıb. Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) Təhsil Şurasının üzvü, Təşviq Fondu İdarə Heyətinin üzvü olub. Dövlət nazirinin məsləhətçisi, Baş nazirin isə baş müşaviri vəzifələrindən sonra Ali Audit Şurasının baş auditoru vəzifəsinə qayıdıb. Mühasiblər Palatasının, Dövlət Audit Kadrları Dərnəyinin və Ali Audit Kadrları Birliyinin üzvü vəzifələrində təmsil olunub.

Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir.

2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü, TBMM Kəşfiyyat Komissiyasının üzvü, TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları