Yaşar Yıldırım () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Yaşar Yıldırım 1956-cı ildə Ankara ilinin Kızılcahamam ilçəsində anadan olub. Ankara Universiteti Memarlıq Bölməsindən məzun olub.

12 senytabr 1980-ci il hərbi çevrilişindən sonra MHP üzvü olduğuna görə həbs edilib. 1993-cü ildə Muhsin Yazıcıoğlu ilə birgə BBP qurucularından olub. 1994-cü ildə Kızılcahamam ilçə bələdiyyə sədri seçilib. Geotermal Mənbəli Bələdiyyələr Birliyinin qurucu prezidenti olub.

1998-ci ildə Devlet Bahçelinin MHP sədri seçilməsindən sonra MHP-yə qayıdıb. 1999-2000-ci illərdə MHP sədrinin baş müşaviri, 2000-2022-ci illərdə MHP Ankara il şöbəsinin sədri olub. 2018-ci ildən MHP İdarə Heyətinin üzvü və MHP sədrinin müavinidir.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib.

Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları