Lütfi Kaşıkçı () — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Lütfi Kaşıkçı 1982-ci ildə Hatay ilinin Kırıhan ilçəsində anadan olub. Hatay Mustafa Kamal Universiteti İnşaat Bölməsindən məzun olub. Ankara Universitetinin Elm və Texnologiya İnstitutunun İnşaat mühəndisliyi şöbəsində magistr dərəcəsi alıb. Səlcuq Universitetində isə inşaat mühəndisliyi sahəsində PhD dərəcəsi alıb.
MHP üzvüdür. 2015-2018-ci illərdə MHP Hatay il şöbəsinin sədri olub.
2018 və 2023-cü illərdə MHP namizədi olaraq Hatay ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28 çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifələrində təmsil olunub.
İngiliscə bilir. Subaydır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları