– Yaponiyanın Fukuşima şəhərində yerləşən dağ. Tez-tez baş verən UNO müşahidə hallarına görə tanınır. Dağın yaxınlığında İino UNO Muzeyi yerləşir.
Coğrafiyası Senqanmori dağı konus formasında olub 462 metr hündürlüyündədir. Abukuma silsiləsinə aiddir. 2008-ci ilə qədər mövcud olmuş İino qəsəbəsinin simvollarından biri hesab olunmuşdur. 22 mart 1996-cı ildə dağ "mənzərəli gözəlliyinə görə" xüsusi yer statusu almışdır.
UNO müşahidələri Şəhər əfsanələrinə görə Senqanmori güclü maqnit sahəsinə malik olduğu üçün uçan naməlum obyektləri özünə çəkir. Dağın ətrafında balina, moai və digər qəribə formalarda olan böyük qayalara rast gəlinir. Bu daşların yadplanetlilər üçün yol göstəricisi rolu oynadığına inanılır. Dağ piramida formasında olduğu üçün yadplanetlilər tərəfindən tikilmiş antik piramida olduğu və dağın altında yadplanetlilərin bazası yerləşdiyi iddia olunur.
Senqanmori dağının 30–40 kilometrlik radiusunda bir çox UNO müşahidə halları qeydə alınmışdır. İlk belə müşahidə halı 1972-ci ildə baş vermişdir. 25 yaşlı Kinoşita Tsuqio həmin ilin yayında üç dostu ilə dağ ərazisində gəzərkən UNO görmüşdür:
Tsuqio bu hadisədən təsirlənərək həyatının qalan hissəsini UNO-ları araşdırmağa həsr etmiş, 1993–2010-cu illərdə İino UNO Muzeyinin direktoru olmuşdur.
İstinadlar
Xarici keçidlər Dağın mənzərəsi
Kateqoriya:Fukuşima prefekturasının dağları Kateqoriya:Yaponiyada UNO müşahidə halları Kateqoriya:Fukuşima