Fərid Şənyaşar () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub.
2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları