Hüseyn Olan () — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub.
35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub. 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb.
Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib.
2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib. Bitlis Ağır Cəza Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci il iyulun 7-də onun həbs cəzası başa çatıb və o, azadlığa buraxılıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evlidir və 3 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları