Milan hersoqlarının siyahısı, 1395-1815-ci illərdə Milan hersoqluğunda hakimiyyətdə olmuş və ya Milan hersoqu ünvanını daşımış şəxslərin siyahısıdır. Bu ünvan ilk dəfə 1395-ci ildə Alman kralı Vençeslaus tərəfindən Milan lordu Jan Qaleazzo Vizkontiyə verilərək yaradılmışdır. Ünvanın son daşıyıcısı isə Müqəddəs Roma imperatoru II Fransisdir.

Siyahı Vizkonti sülaləsi 1395-ci ildə Milan lordu Jan Qaleazzo Vizkonti, ödədiyi 100 min florin qarşılığında Alman kralı Vençeslaus tərəfindən hersoq ünvanı aldı və beləcə, Milan hersoqluğunun əsası qoyuldu. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ1.Jan Qaleazzo Vizkonti 1351-1402(50 yaş)center|frameless|177x177pxframeless|121x121px5 sentyabr 1395–3 sentyabr 1402 Alman kralı Vençeslaus tərəfindən təltif edilmişdir.2.Jan Mariya Vizkonti 1388-1412(23 yaş)center|frameless|177x177pxframeless|121x121px3 sentyabr 1402–16 may 1412 Jan Qaleazzo Vizkontinin böyük oğludur.3.Filippo Mariya Vizkonti 1392-1447(54 yaş)center|frameless|177x177pxframeless|121x121px16 may 1412–13 avqust 1447 Jan Qaleazzo Vizkontinin kiçik oğludur.

Sforza sülaləsi (I səltənət) Filippo Mariya Vizkontinin 1447-ci ildə vəfatı ilə Vizkonti sülaləsinin kişi şəcərəsi qurudu. Şəhərin varlı əyanları və dövlət xadimləri birləşərək bölgənin idarəetmə sistemini dəyişdi və Qızıl Amrosyan Respublikası adlanan qurma dövləti təsis etdilər. Ancaq bu dövlət qonşuları tərəfindən tanınmadı. Üstəlik, bölgədəki feodal qarşıdurmaları gücləndi və mərkəzi hakimiyyət zəiflədi. Qonşu Venesiya Respublikası və Savoyya hersoqluğu, eləcə də Lombardiyadakı bəzi iri feodallar keçmiş hersoqluğa məxsus iri torpaq mülklərinə basqınlar edir, yerli xalq isə bunlara göz yuman mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırdı. Belə bir vəziyyətdə, son Vizkonti hersoqu Filippo Mariyanın nigahdan kənar doğulan qızı Bianka Vizkontinin əri və bölgədə nüfuz sahibi olan Françesko Sforza 1448-ci ildə tabeliyindəki azsaylı hərbi birliklə Venesiyaya sığındı. Burada 2 il boyunca topladığı orduyla 1450-ci ildə Müjdə bayramı əsnasında şəhərə daxil oldu və sonuncu Vizkonti hersoqunun qızıyla evli olmasını irəli sürərək taxtda haqqı olduğunu iddia etdi. Onun bu iddiasının şəhər məclisi tərəfindən qəbul edilməsi ilə, 25 mart 1450-ci ildə Milan hersoqluğu bərpa edildi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ4.I Françesko Sforza 1401-1466(64 yaş)center|frameless|177x177pxframeless|121x121px25 mart 1450–8 mart 1466 Filippo Mariya Vizkontinin kürəkənidir.5.Qaleazzo Mariya Sforza 1444-1476(32 yaş)center|frameless|177x177pxframeless|121x121px20 mart 1466–26 dekabr 1476 I Françesko Sforzanın böyük oğludur.6.Jan Qaleazzo Sforza 1469-1494(25 yaş)center|frameless|177x177pxframeless|121x121px26 dekabr 1476–21 oktyabr 1494 Qaleazzo Mariya Sforzanin böyük oğludur.7.Lüdoviko Mariya Sforza 1452-1508(55 yaş)center|frameless|177x177pxframeless|121x121px21 oktyabr 1494–6 sentyabr 1499 I Françesko Sforzanın kiçik oğludur.

Valua sülaləsi (I səltənət) Qonşu Venesiya Respublikasına qarşı mübarizə məqsədilə, 1494-cü ildə Fransa kralı VIII Çarlzı İtaliyaya dəvət edən Lüdoviko Sforza Birinci İtaliya Müharibəsinə səbəb oldu. Ancaq ertəsi il Lüdoviko Sforzanın tərəf dəyişməsiylə fransızlar məğlub oldu və İtaliya yarımadasında ələ keçirdikləri bütün torpaqları itirdilər. O əsnada kralın ordusunda iştirak edən və məğlubiyyətin səbəbkarı kimi Milan hersoqunu günahlandıran Orleanlı Lüdovikin 1498-ci ildə taxta çıxmasıyla, İkinci İtaliya Müharibəsi də başlamış oldu. Milan hersoquna olan şəxsi kini səbəbilə, XII Lüdovik öz ata şəcərəsini irəli sürərək Milan hersoqluğunda taxt haqqı olduğunu iddia etdi. Onun 1499-cu ildə çıxdığı İtaliya səfəri əsnasında Milan hersoqu Lüdoviko Sforza ailəsini də yanına alaraq Milandan qaçdı və müttəfiqi olan Müqəddəs Roma imperatoru I Maksimiliyanın İnsbrukdakı sarayına sığındı. Ancaq ertəsi il fransızlarla döyüşdə məğlub olaraq əsir düşdü və ölümünədək Fransa kralı XII Lüdovikin əsirliyində qaldı. XII Lüdovik isə Milan hersoqluğunu öz krallığına ilhaq edərək, Milan hersoqu ünvanını aldı. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ8.XII Lüdovik 1462-1515(52 yaş)center|frameless|177x177pxframeless|121x121px6 oktyabr 1499–20 iyun 1512 Jan Qaleazzo Vizkontinin nəticəsidir.

Sforza sülaləsi (II səltənət) Lüdoviko Sforzanın fransızlarla döyüşdə məğlub olaraq əsir düşməsinin ardından, oğulları Maksimilyan və Françesko Milandan qaçırılaraq Müqəddəs Roma imperatorunun İnsbrukdakı sarayına təhvil verildi. Uzun illər burada yaşadıqdan sonra İtaliyadakı fransız hakimiyyətindən narazı olan alman əyanlarının dəstəyi ilə Maksimilyan Sforza 1512-ci ildə özünü Milan hersoqu elan etdi və beləliklə, Milan hersoqluğunda Sforza hakimiyyəti ikinci dəfə təsis olundu. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ9.Maksimilyan Mariya Sforza 1493-1530(37 yaş)center|frameless|177x177pxframeless|121x121px16 iyun 1512–11 oktyabr 1515 Lüdoviko Mariya Sforzanın böyük oğludur. Valua sülaləsi (II səltənət) 13 sentyabr 1515-ci ildə baş tutan həlledici döyüşdə məğlub edilən alman birliklərinin Milanı tərk etməsinin ardından ən güclü dəstəyini itirən Maksimilyan Sforza Fransanın yeni kralı I Fransisklə danışıqlara başladı. 30 min düka qarşılığında Milan taxt-tacındakı bütün hüquqlarını Fransa kralına satan Maksimilyan Sforza qalan ömrünü Fransada yaşadı. Milan hersoqluğu isə ikinci dəfə Fransa taxt-tacına ilhaq edildi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ10.I Fransisk 1494-1547(52 yaş)center|frameless|177x177pxframeless|121x121px11 oktyabr 1515–20 noyabr 1521 Jan Qaleazzo Vizkontinin kötücəsidir.

Sforza sülaləsi (III səltənət) 1521-ci ilin noyabrında Müqəddəs Roma imperatoru V Karl, İngiltərə kralı VIII Henri və Roma papası X Leonun Fransa krallığına qarşı ittifaq bağlaması nəticəsində, I Fransisk artıq Milandakı hakimiyyətini qoruya bilmədi. Onun bölgədəki hərbi birliklərini geri çəkməsi nəticəsində alman zadəganlarının dəstəklədiyi Françesko Sforza Milana daxil oldu. Beləliklə, Sforza sülaləsi üçüncü və sonuncu dəfə Milan hersoqluğunda hakimiyyəti ələ keçirdi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ11.II Françesko Sforza 1495-1535(40 yaş)center|frameless|177x177pxframeless|121x121px20 noyabr 1521–24 oktyabr 1535 Lüdoviko Mariya Sforzanın kiçik oğludur.

Habsburq sülaləsi (İspaniya qolu) 1535-ci ildə Françesko Sforzanın geridə varis buraxmadan vəfatının ardından, fransızların və Sforza ailəsinə yaxın bəzi əyanların yenidən taxt mübarizəsinə başlamaması adına Müqəddəs Roma imperatoru V Karl hersoqluğu ləğv etdi və tabeliyindəki bütün torpaqları imperiyanın tərkibinə ilhaq etdi. Ancaq çox keçmədən 1540-cı ildə imperator V Karl Milan hersoqu ünvanını və tabeliyindəki mülkləri böyük oğlu Filippə hədiyyə etdi. Onun 1556-cı ildə İspaniya taxtına əyləşməsiylə, Milan hersoqluğu İspaniya taxt-tacı ilə birləşdi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ12.II Filipp 1527-1598(71 yaş)center|frameless|177x177pxframeless|121x121px11 oktyabr 1540–13 sentyabr 1598 Müqəddəs Roma imperatoru V Karl tərəfindən təltif edilmişdir.13.III Filipp 1578-1621(42 yaş)center|frameless|177x177pxframeless|121x121px13 sentyabr 1598–31 mart 1621 II Filippin böyük oğludur.14.IV Filipp 1605-1665(60 yaş)center|frameless|177x177pxframeless|121x121px31 mart 1621–17 sentyabr 1665 III Filippin böyük oğludur.15.II Karl 1661-1700(38 yaş)center|frameless|177x177pxframeless|121x121px17 sentyabr 1665–1 noyabr 1700 IV Filippin böyük oğludur.

Burbon sülaləsi İspaniya kralı II Karl sonsuz idi və fiziki qüsurları səbəbilə olduqca zəif səhhəti var idi. Bu səbəblə, varis olaraq Fransa kralı XIV Lüdoviklə evli olan bacısı Mariya Terezanın oğlu Burbonlu Lüdoviki seçdi. Ancaq Burbonlu Lüdovik Fransa dofeni idi və Fransa taxt-tacında gözü olduğu üçün İspaniya taxt-tacını ikinci oğlu Filippə həvalə etdi. Beləliklə, II Karlın 1700-cü ildə vəfatıyla, İspaniya taxt-tacı, eləcə də ona bağlı Milan hersoqluğu Burbon sülaləsinə mənsub V Filippin hakimiyyətinə keçdi. Buna baxmayaraq, başlayan İspaniya mirası uğrunda müharibənin sonunda Milan hersoqluğu yenidən əl dəyişdi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ16.V Filipp 1683-1746(62 yaş)center|frameless|177x177pxframeless|121x121px1 noyabr 1700–7 mart 1714 II Karlın bacısı nəvəsi və rəsmi varisidir. Habsburq sülaləsi (Avstriya qolu) Burbon sülaləsinə mənsub V Filippin İspaniya taxt-tacına sahiblənməsindən narazı olan bir çox Avropa dövlətləri yeni bir müharibəyə başladılar. İspaniya mirası uğrunda müharibə adlanan bu müharibənin nəticəsi olaraq, 1714-cü ildə bağlanan Raştat sülhüylə, Milan hersoqluğu Habsburqlara geri qaytarıldı. O əsnada Müqəddəs Roma imperatoru VI Karl bu ünvana və tabeliyindəki mülklərə sahibləndi. SıraHersoqGerbiSəltənət illəriTaxt hüququ17.VI Karl 1685-1740(55 yaş)center|frameless|177x177pxframeless|121x121px7 mart 1714–20 oktyabr 1740 Raştat sülhü (1714) əsasında taxt-tacı ələ keçirmişdir.18.Mariya Tereza 1717-1780(63 yaş)center|frameless|177x177pxframeless|121x121px20 oktyabr 1740–29 noyabr 1780 VI Karlın qızıdır.19.II İosif 1741-1790(48 yaş)center|frameless|177x177pxframeless|121x121px29 noyabr 1780–20 fevral 1790 Mariya Terezanın böyük oğludur.20.II Leopold 1747-1792(44 yaş)center|frameless|177x177pxframeless|121x121px20 fevral 1790–1 mart 1792 Mariya Terezanın kiçik oğludur.21.II Frans 1768-1835(67 yaş)center|frameless|177x177pxframeless|121x121px1 mart 1792–15 may 1796Napaleon işğalları11 aprel 1814–7 aprel 1815 II Leopoldun oğludur.

Soyağacı

Həmçinin baxın

Milan hersoqluğu Vizkonti sülaləsi Sforza sülaləsi Valua sülaləsi Burbon sülaləsi Fransa monarxlarının siyahısı İspaniya krallarının siyahısı Müqəddəs Roma imperatorlarının siyahısı

Mənbə

Ady, Cecilia M.; Armstrong, Edward (1907). A History of Milan under the Sforza. Methuen & Co Adriano, Cappelli (1998). Cronologia Cronografia e Calendario Perpetuo. Hoepli. ISBN 88-203-2502-0 Baumgartner, Frederic J. (1996). St.Martin's Press (ed.). Louis XII. Palgrave Macmillan US. ISBN 0-312-12072-9 Kateqoriya:Milan hersoqları