Canni Morandi (; ) — məşhur İtaliya müğənnisi. Onun populyarlıq zirvəsi 1960-cı illərə təsadüf etməsinə baxmayaraq, artist bu günədək uğurla çalışmağa davam edir, tez-tez qastrol turlarına çıxır. 1970-ci ildə Morandi İtaliyanı 1970 Avroviziya Mahnı Müsabiqəsində "Occhi di ragazza" (“Qızın Gözləri”) mahnısı ilə təmsil edir və orada 8-ci yeri tutur. 1987-ci ildə 42 yaşlı müğənni Sanremo musiqi festivalında "Si può dare di più" (“Daha çoxunu verə bilərsən”) mahnısı ilə festivalın qalibi olur. Ümumilikdə Canni Morandi 35 albom buraxıb və 400-dən çox mahnı ifa edib.
Albomlar Gianni Morandi (1963) Ritratto di Gianni (1964) Gianni 3 (1966) Per amore... Per magia... (1967) Gianni 4 – Un mondo d'amore (1967) Gianni 5 (1968) Gianni 6 (1970) Gianni 7 (1970) Un mondo di donne (1971) Il mondo cambierà (1972) Jacopone (1973) Il mondo di frutta candita (1975) Per poter vivere (1976) Old Parade Morandi (1978) Abbraciamoci (1979) Cantare (1980) Morandi (1982) La mia nemica amatissima (1983) Immagine italiana (1984) Uno su mille (1985) Le italiane sono belle (1987) Dalla/Morandi (1988) Varietà (1989) Morandi Morandi (1992) Morandi (1995) Celeste azzurro e blu (1997) Come fa bene l'amore (2000) L'amore ci cambia la vita (2002) A chi si ama veramente (2004) Il tempo migliore (2006) Canzoni da non perdere (2009) Bisogna vivere (2013) D'amore d'autore (2017) Evviva! (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:İtaliya prodüserləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İtaliyanın "Avroviziya" təmsilçiləri