Buynuz — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Topçu kənd inzibati ərazi dairəsində kənd.

Kənd Qalacıq turizm zonasında, İsmayıllı–Qəbələ şosesinin 20-ci km-dən 4 km sağ tərəfdə Göyçay çayının sol tərəfində yerləşir. Əhalisi 594 nəfərdir. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kənddə yalnız yay mövsümündə fəaliyyət göstərən yeməkxana vardır. Kənddən Göyçay çayı boyunca istisu, Çayqovşan və Qalacıq kəndlərinə piyada və ya atla getmək üçün yol (cığır) vardır.

Əhalisi Şair Musa Yaqub bu kənddəndir. Əhalisi 619 nəfərdir ki onunda 310 nəfəri kişi, 309 nəfəri qadındır.Kənd əhalisi tatlardır.Tatların əksəriyyəti burada özün Lahıc adlandırır.

İnfrastruktur 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət–buraxılış məntəqəsi inşa edilmişdirŞahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək. .

İstinadlar

Həmçinin bax Ögey ana (film, 1958)

Kateqoriya:İsmayıllı rayonunun kəndləri