Çərmədil — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çərmədil kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Tarixi abidələri İsmayıllı rayonu, Çərmədil kəndi ərazisində aşkar olunan nekropol son antik və ilk orta əsrlər dövrünə aid edilən bir kurqan, 8 küp qəbir və 25 torpaq qəbirdən ibarət olmuşdur. Qəbir avadanlıqları içərisində dəmir qılınc, xəncər, bıçaq və bəzək əşyaları olmuşdur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri