Françesko Qviççiardini () — italyan tarixçisi və siyasətçisi. Nikkolo Makiavellinin dostu və tənqidçisi olmuş Qviççiardini İtaliya İntibahının əsas siyasi yazarlarından biri hesab olunur. Qviççiardini "İtaliya tarixi" adlı şah əsərindəki arqumentləri və dövrünün insanları, hadisələrin real təhlilini dəstəkləmək üçün hökumət mənbələrindən istifadə etməklə tarixşünaslıqda yeni üslubun yolunu açmışdır.
Bioqrafiya
Erkən həyatı left|thumb|267x267px| Florensiyada Qviççiardini sarayı right|thumb|200x200px| Qviççiardininin ailə gerbi Françesko Qviççiardini 6 mart 1483-cü ildə Florensiya Respublikasının tərkibində olan İtaliyanın Florensiya şəhərində anadan olmuşdur. O, Pyero di Iakopo Qviççiardini və Simona di Boncianni Gianfigliazzinin 11 uşağından üçüncüsü idi. Qviççiardinilər Florensiya oliqarxiyasının köklü üzvləri və Mediçi ailəsinin tərəfdarları idi. Florensiya siyasətində təsirli olan Qviççiardininin əcdadları bir çox nəsillər üçün ştatda ən yüksək vəzifələrdə çalışmışdılar, bunu onun Ricordi autobiografici e di famiglia şəcərəsindən də görmək olar.Op. med. vol. X.
İstinadlar
Kateqoriya:İtalyan intibahı yazıçıları Kateqoriya:1540-cı ildə vəfat edənlər Kateqoriya:1483-cü ildə doğulanlar
Kateqoriya:İtaliya siyasətçiləri Kateqoriya:XVI əsr tarixçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri