və ya əsl adı ilə – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur.
Həyatı və karyerası Səhnə 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir.
Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir.
Siyasət 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir. 1994-cü ildə Yeni Cəbhə Partiyasına qoşulmuşdur. Liberal Partiyasının üzvü olduqdan sonra 2000-ci ildə yaradılmış Yeni Mühafizəkar Partiyasına daxil olmuşdur. 2000-ci ilin iyulunda Tikinti naziri seçilərək bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. 2001-ci ildə aparılmış nazirlik islahatlarından sonra Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri seçilmişdir.
2003-cü ildə Liberal Demokrat Partiyasına qayıtmış və növbəti il Müşavirlər Palatasının sədri seçilmişdir. Beləliklə, bu vəzifəyə seçilmiş ilk qadın olmuşdur. O, ümumilikdə 5 dəfə Müşavirlər Palatasına seçilmişdir. 2007-ci ildə ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasi karyerasını bitirmişdir. 2007-ci ildə "Qərar vaxtı" alı memuarını nəşr etdirmişdir. 2010-cu ildə "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu ilə təltif olunmuş ilk qadın olmuşdur.
9 mart 2023-cü ildə Tokioda yerləşən bir xəstəxanada qida borusu xərçəngi səbəbilə ölmüşdür.
Şəxsi həyatı Oqi 1958-ci ildə kabuki sənətçisi IV Sakata Tocuro ilə evlənmişdir. Cütlüyün oğlu Tomotaro Hayaşi də kabuki aktyorudur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Doğan günəş" ordeni ilə təltif edilənlər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Yaponiya nazirləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Aktyor-siyasətçilər Kateqoriya:Yaponiyanın qadın siyasətçiləri