İçəri Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi İçəri Müşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Müşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Müşlan kəndini saldıqdan sonra buraya İçəri Müşlan, yeni "əsas, ic Müşlan" deyilmışdir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mədəniyyəti 1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var.
Coğrafiyası və iqlimi Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, Tatar və Zəngilan kəndləri ilə həmsərhəddir. Şirin sulu bulaqları və təbii bitki örtüyü var.
Əhalisi Əhalisinin 80%-dən çoxu ali təhsillidir.
İqtisadiyyatı Əhalisi əkinçilik, heyvandarlıqla məşğul olur.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri