Mincivan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.

Tarixi Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İşğal dövrü Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941–2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268.

Əhali 1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı..

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.

1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.

1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.

Milli tərkibi

Siyahıyaalma ili19701979azərbaycan türkləri4 157 (91,8 %)3 844 (98,8 %)ermənilər219 (4,8 %)6 (0,2 %)ruslar və ukraynalılar83 (1,8 %)36 (0,9 %)digərləri71 (1,5 %)3 (0,1 %)Ümumi4 5303 889

Tanınmışlar Elçin Bağırov şəhid,

Həmçinin bax Mincivan Dəmiryol Stansiyası

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun qəsəbələri