İrəvan karvansaraları — İrəvan şəhəri Qafqazın mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu karvansaralar var idi. Şəhərin ruslar tərəfindən işğalından sonra İ. Şopen 1829–1832-ci illərdə şəhərdə hələ mövcud olan belə karvansaralardan 7-i qeydə almışdır. Bişmiş kərpicdən tikilmiş və əsasən şəhərin mərkəzində, Bazar meydanının ətrafında yerləşən bu karvansaralar XVI–XVIII yüzillərin yadigarı olmaqla Azərbaycan-türk mədəniyyətinin parlaq nümunələridir.XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi. Karvansaralarən müəyyən hissələri müxtəlif adamlara, digər hissəsi isə xəzinəyə aid idi. Xəzinə karvansaraları icarəyə verilirdi.Karvansaralarda cəmi 252 dükan var idi. Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Gürcü, Culfa, Zərrabi xan (Sərrafxana), Avşar, Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üstüstə 851 köşk mövcud olmuşdur.
Karvansaraların vergisi İcarədar tacirlər iki adda vergi verirdi. Birinci vergi — daxildə və xaricdə istehsal edilən mallardan alınırdı ki, bu verginin özü də iki qismə bölünürdü: a) əgər tacir karvansarada malını bir yerdən satırdısa, hər tümənə 1 şahı olmaqla "havayı" adlanan vergi; b) yox əgər tacir malını satmadan aparırdısa, hər yükünə 4 şahı olmaqla "saxlama" vergisi adlanan vergi ödəyirdi. İkinci vergi yolçu tacirdən alınan vergi idi. İcarədar yolçu tacirlərdən gününə 4 şahı, karvansaranın tövləsində saxlanılan hər dəvə, at, kəl və eşşəyə görə 1 şahı, hər çəltik və duz yükünə görə isə 2 şahı məbləğində pul alırdı. + İrəvan karvansaralarının siyahısı Sıra Adı Qeyd 1 Gürcü 78 dükanlı 24-ü şəxsi dükan 2 Culfa38 dükanlı 3 Zöhrab xan38 dükanlı 4 Tahir74 dükan 5 Sulu74 dükan 6 Susuz74 dükan 7 Hacı Əli40 dükan
Gürcü karvansarası Erməni tədqiqatçısı T. Hakopyana əsasən İrəvan şəhərindəki ən böyük və ən məşhur karvansara Gürcü karvansarası idi. Karvansarada 78 dükan mövcud idi ki, bunlardan 24-ü şəxsi dükan idi. Karvansaranın toponimindən görünür ki, bu tarixi abidə azərbaycanlılara məxsus olmuşdur. Hazırda Gürcü karvansarasının yerində "Sevan" adlı hotel tikilmişdir.
Culfa karvansarası
Zöhrab xan karvansarası
Tahir karvansarası
Sulu karvansarası
Hacı Əli karvansarası
Yol karvansaraları Yol ilə şəhər karvansaraları bir-birinə görə fərqlənirdi. Şəhərdə bazar ətrafında cəmləşmiş karvansaralar tacirlər üçün həm mehmanxana, həm də mallarını satmaq üçün bazar hesab olunurdu. Müxtəlif yerlərdən İrəvana gələn tacirlər ilk olaraq karvansara ətrafında yerləşən boş dükan tutaraq mallarını bura yığırdı. Yol karvansaraları böyük yolların üzərində inşa edilirdi. Onlar tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri idi. + Yol karvansaralarının siyahısı Sıra Adı Qeyd1Talın karvansarasıGümrü və Sərdarabadı birləşdirən yolun üzərindəki2Gərnigöy kəndindəki karvansaraTarixi Dərəçiçək mahalında Tiflis-İrəvan yolunda yerləşənGöyçə mahalındakı karvansaralar3Hündür yerdə tikilmiş Qarahasar karvansarası4Çil kəndi yaxınlığındakı karvansara5Səlim karvansarasıTarixi Göyçə mahalı ilə Dərələyəz arasındakı
İstinadlar
Xarici keçidlər Qerbi Azerbaycan-biblioqrafiya Tarixi həqiqətlər İrəvan reallıqları vandalizminin izlərini daşıyan abidələr
Kateqoriya:Ermənistan abidələri Kateqoriya:İrəvan