Ice Spice (əsl adı: Aysis Nayya Qaston; ) — ABŞ repçisi. Nyu-York şəhərinin Bronks borosunda doğulub tərbiyə alıb. Musiqi fəaliyyətinə 2020-ci ildə, ali təhsil aldığı müddətdə musiqi prodüseri RiotUSA ilə əməkdaşlığı nəticəsində başlayıb. İxtisaslaşmış musiqi mətbuatı onun ifaçılıq tərzini yeni istiqamət kimi qiymətləndirib.

2022-ci ilin sonunda "Munch (Feelin' U)" ( mahnısı "TikTok"da geniş yayılıb. "10K Projects" və "Capitol Records" şirkətləri ilə müqavilə imzalayıb. 2023-cü ildə "Like..?" () adlı minialbomunu buraxıb. Həmin il dörd mahnısı ("Princess Diana", "Boy's a Liar Pt. 2", "Karma", "Barbie World") ABŞ-nin "Billboard" hit-paradına daxil olub. 2024-cü ildə "Y2K!" adlı tam formatda ilk albomunu təqdim edib. Albomdan əvvəl "Think U the Shit (Fart)" adlı sinqlı yayımlanıb.

O, "MTV Video Musiqi" mükafatı, "People's Choice" və "BMI R&B/Hip-Hop" mükafatlarına layiq görülüb. "Qremmi" mükafatlarına dörd dəfə namizəd olub.

Erkən illəri Aysis Nayya Qaston qarışıq etnik mənşəli amerikalıdır. Atası afroamerikalı Cozef Qaston yeraltı rep ifaçısı, anası dominikan əsilli Çarina Almanzar avtomobil satış mərkəzində işçi olub. Valideynləri Nyu-Yorkda "McDonald's" restoranında tanış olublar. Anasının hamiləlik dövrü on yeddi yaşına təsadüf edib. Valideynləri onun iki yaşında ikən nikaha xitam veriblər. Beş ögey qardaş-bacısı var: ana tərəfdən üç, ata tərəfdən iki (bir bacı, bir qardaş).

A. Qaston Bronksdakı nənə-babası və kuzenlərinin yanında böyüyüb. 2007-ci ildə Devidson prospektindən Universitet ərazisinə köçüblər. Təhsilini 5-ci sinifə qədər Bronksda, sonra Yonkersdəki "Sacret Heart" Katolik Məktəbində davam etdirib, 2018-ci ildə məzun olub. Yeddi yaşından Lil' Kim və Niki Minajın təsiri ilə hip-hopa maraq göstərib. İbtidai siniflərdə oxuyarkən French Montana məktəblərinə gəlib. Məktəb illərində şeir yazıb və fristayl rep ifa edib. "Billboard"a müsahibəsində bildirdiyi kimi, atasının rep musiqisi ilə məşğul olması səbəbindən Jay-Z, 50 Cent və "Wu-Tang Clan" dinləyib. Telefonunda mətnlər yazır, hip-hop musiqisi üzərində məşq edirmiş. İlk gördüyü qadın repçi Niki Minajın təsiri ilə bu sahəni seçib. Məktəb illərində "Ice Spice" səhnə adını götürüb.

A. Qaston Nyu-York Dövlət Universitetinin Perçeyz () filialında təhsil alıb. Universitetin voleybol komandasında müdafiəçi mövqeyində çıxış edib və kommunikasiya ixtisası üzrə təhsil alıb. 2018-ci il mövsümündə yeddi matçda iki uğurlu hücum və doqquz müdafiə əməliyyatı həyata keçirib. İkinci kurs tələbəsi ikən universiteti tərk edib. Bunun səbəbi kimi təhsil ocağının onun tələblərinə uyğun gəlməməsini və universitetə gediş-gəlişin çətinliyini göstərib. Sonradan "Wendy's" və "The Gap" şirkətlərində satıcı-kassir vəzifəsində çalışıb. Bronks borosunda küçə bazarında bir gün işlədikdən sonra işdən ayrılıb.

Şəxsi həyatı Biseksualdır. O, peşə fəaliyyətində müəyyən uğurlar qazandıqdan sonra Nyu-Cersi ştatına köçüb. 2025-ci ildə şəxsi "Instagram" səhifəsində peşəkar müdafiəçi Sous Qardnerlə () münasibətdə olduğunu bildirib.

İstinadlar

Diskoqrafiya Studiya albomları Y2K! (2024)

Minialbomlar Like..? (2023)

Xarici keçidlər

Kateqoriya:ABŞ repçiləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:XXI əsr ABŞ repçiləri