Şirvanlı (əvvəlki adı: Şirvanovka) — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Çar imperiyası ilə mübarizə
XIX əsrdə Şirvanlı kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlərЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Şirvanlı kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Toponimikası Kənd Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XII əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından Şirvan zonasına köçürülmüş ailələrin XX əsrin əvvəllərində indiki əraziyə gəlmələri nəticəsində yaranmışdır. Kənd əvvəlcə Şirvanskoye, Sonralar Şirvanovka adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi adlandırılmış, Şirvanovka kənd inzibati ərazi dairəsi Şirvanlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Sixillər
Kəndəki sixillər (klanlar, soylar):
Çubanar Xanatsar Kutsar Pustuyar Şabranar Şabukayar Siriar Tekeyar
İdman Kənddə Şahdağ Qusar futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri