Avaranqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Avaran kənd inzibati ərazi vahidi tərkibindəki Avaranqışlaq kəndi Kuzunqışlaq kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Oykonim Avaran (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Avaran kəndinin qışlağı" deməkdir. Avaran kəndinə məxsus keçmiş qışlaq yerində məskunlaşma nəticəsində bu yaşayış məntəqəsi meydana gəlmişdir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qusarçayın sahilində, düzənlikdə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 490 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax Avaran (Qusar)
Kateqoriya:Qusar rayonunun kəndləri