Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun Zindanmuruq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Çakar klana daxil kəndəki sixillər (klanlar, soylar)Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427:

Ah’asar Al’xasar Gegeyar K’ejelar K’urushar K’asumar Melar Nezerar Saraxar Tsarahar Yuhdiyar Vezirar Coğrafiyası və iqlimi Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir.

İqtisadiyyatı Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar–Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.

Görkəmli şəxslər Haddam Çakarvi — Lezgi abrek, polkovniklikdən imtina edərək 1918-ci ildə Mushab-Ali Kuzunvi ilə birlikdə Qanlı Dərədə qırmızı qvardiyaçılara qarşı döyüşmüşdü.

Şəhidlər AdıDoğum tarixiŞəhid olduğu tarixŞəhid olduğu yerƏmiraslan Xeyirbəyov 10.12.199602.04.20162016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qusar rayonunun kəndləri