İt ürəyi () — rus yazıçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi.Cornwell, Neil; Nikol Kristian (1998). Rus ədəbiyyatına istinad bələdçisi . Taylor & Francis. səh. 103. İstifadə tarixi:25.01.2023 Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya — 1987-ci ilə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur.

Mövzusu Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F. Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür.

Xarici dillərə tərcümə Türkcə — Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.

İstinadlar

Kateqoriya:Rus ədəbiyyatı Kateqoriya:Yazıçısının ölümündən sonra nəşr olunmuş romanlar Kateqoriya:Filmlərə adaptasiya olunmuş elmi-fantastika romanları