Haciye Cindi Cauari (, , ; ) — kürd əsilli SSRİ yazıçısı. O, kürd və erməni dillərində yazıb-yaratmışdır.

Həyatı Haciye Cindi Cauari 1908-ci ildə Rusiya imperiyasında, Yamançayır (indiki Türkiyə) kəndində anadan olmuşdur. O, uşaq yaşlarında yetim qalmış və Aleksandropoldakı uşaq evində tərbiyə almışdır. Cindi 1929-cu ildə Pedaqoji Texnikumu bitirmiş, İrəvan Pedaqoji İnstitutuna daxil olmuş və 1933-cü ildə oradan məzun olmuşdur. O, 1930-cu ildən "Riya Təzə" qəzetində, o cümlədən radioda işləmişdir. Cindi 1934-cü ildə SSRİ Yazıçılarının I qurultayında Ermənistan SSR-dən nümayəndə olmuşdur.

Haciye Cindi 1937-ci ildə həbs olunmuş, lakin bir sıra tanınmış yazıçıların səyləri nəticəsində tezliklə azadlığa çıxmışdır. O, 1940-cı illərdə kiril əlifbasına əsaslanan kürd əlifbasını hazırlamışdır. Cindi 1959–1967-ci illərdə Ermənistan SSR Elmlər Akademiyasında işləmişdir. O, bundan sonra 1974-cü ilə qədər İrəvan Universitetində kürd dili və ədəbiyyatından dərs demişdir.Аджиэ Джинди // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962—1978.

İstinadlar

Kateqoriya:Kürd yazıçılar Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Ermənistan kürdləri Kateqoriya:Dərslik müəllifləri Kateqoriya:Kürd dilində yazan yazıçılar