Aninin mühasirəsi (1064) — Alp Arslanın komandanlığı altında türk ordusunun Ani şəhərini mühasirəyə alması nəzərdə tutulur. Tarixi XI əsrin ortalarından Səlcuqluların komandanlığı altında türk orduları Cənubi Qafqaza və ətrafına müdaxilələr etməyə başladılar. Mühüm qələbələrdən sonra bu bölgə ələ keçirildi. Bu prosesin bir parçası kimi 1064-cü ildə Ani şəhərindəki Bizans qüvvələri türk ordusu tərəfindən mühasirəyə alındı. Ani bu dövrdə möhkəm qala divarlarına sahib və əhalisi çox olan bir şəhər idi. Şəhəri əhatə edən müdafiə divarları çpx möhkəm olduğuna görə mühasirə döyüşləri ilə qalanın ələ keçirilməsi çətin hesab edilirdi.The Proof of Mateos from Urfa and the Zeyli of Father Grigor, s.120 Lakin mancanaqlardan istifadə edən türk ordusu Alp Arslanın əmri ilə qalanın bəzi divarlarını dağıtmağı bacardılar və hücum edərək şəhəri ələ keçirdilər. Şəhərdəki Bizans ordusu öldürüldü və qaladakı Bizans döyüşçülərinin çox az bir hissəsi qaçıb canını qurtara bildi. Öldürülənlərin sayı o qədər çox idi ki, dövrün mənbələrinin qyd etdiyinə görə şəhərə cəsədlərin çoxluğuna görə girmək mümkün deyildi. Səlcuqlu rdusu öldürülənlərin sayından da çox əsirlər əldə etdilər. Ani şəhərinin ələ keçirilməsi ilə gələcək qələbələrə gedən yolda mühüm strateji mövqe qazanıldı. Bundan qısa müddət sonra daha da irəliləyən türk orduları tədricən Kiçik Asiya bölgəsini də ələ keçirdilər.The Addendum of Matthew of Edessa, s.120
Həmçinin bax Kapetron döyüşü Malazgird döyüşü
İstinadlar
Mənbə
Kateqoriya:Səlcuqlu imperiyasının döyüşləri Kateqoriya:Bizans imperiyasının döyüşləri