Həmid Məhərrəməli oğlu Heydəri (26 mart 1991; Şahrud, İran) — Azərbaycanı, əvvəl isə İranı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Həyatı Həmdi Heydəri 1991-ci il martın 26-da Şahrud şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır.
Karyerası Həmdi Heydəri İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XIV Yay Paralimpiya Oyunlarında təmsil etdi və gümüş medalın sahibi oldu.
2017-ci ilin iyul ayında o, Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.
Həmdi Heydəri 2020-ci ildə Azərbaycan vətəndaşlığını qəbul etdi.
2021-ci ilin iyun ayında Həmdi Heydəri Polşada baş tutan Avropa Çempionatında 42.48 metr nəticə ilə turnirin gümüş medalına sahib oldu.
2021-ci ilin avqust ayında isə Həmdi Heydəri Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nizə atma turnirində Həmdi Heydəri 50.42 metr nəticə ilə qızıl medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Həmdi Məhərrəməli oğlu Heydəri "Şöhrət" ordeni ilə təltif edildi.
İstinadlar
Kateqoriya:İran paralimpiyaçıları Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın İrandan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları