– Yaponiyanın Tokio şəhərinin Oçanomizu məhəlləsində yerləşən, Meyci Universitetinin nəzdində olan muzey.
Tarixi Muzey üç bölmədən ibarətdir: kriminal materiallar, əmtəələr və arxeologiya. Bu bölmələr, müvafiq olaraq, 1929, 1951 və 1952-ci illərdə yaradılmışdır.
Bölmələr Kriminal materiallar bölməsi XVIII əsrin ikinci yarısında cinayətkarları cəzalandırmaq üçün istifadə olunan işgəncə növlərinə həsr olunmuşdur. Bu bölmədə haritsuke, qokumon və işidaki qoqu kimi işgəncə metodlarına dair miniatür nümunələr, Edo dövrünün feodal polisləri tərəfindən istifadə olunan citte və sasumata kimi silahlar və Kamakura dövrünə aid leqal sənədlər sərgilənir. Ənənəvi işgəncə metodlarından əlavə bu bölmədə gilyotin və dəmir gəlin kimi Qərb işgəncə alətlərinin replikalarına da rast gəlmək mümkündür.
Əmtəələr bölməsi yapon əl işlərinə həsr olunmuşdur. Burada dulusçuluq, bambuk, metal və lak məmulatları, vaşi nümunələri, kalliqrafiyada istifadə olunan fırçalar, kokeşi kuklaları, parçalar, mətbəx bıçaqları sərgilənir.
Arxeologiya bölməsində Hoşikuso keçidi obsidianı, Yamaqata saxsısı, İvacukuda tapılmış paleolit ox ucluqları kimi Əhəmiyyətli mədəni mülk elan edilmiş eksponatlar sərgilənir. Muzeyin arxeoloji eksponatlarına İvacuku, İzuruhara, Sunqaqava arxeoloji qazıntı yerlərindən və Natsuşima qabıq təpəsindən tapılmış tapıntılar daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiyadakı universitet muzeyləri Kateqoriya:Meyci Universiteti Kateqoriya:Yaponiyadakı arxeologiya muzeyləri Kateqoriya:İşgəncə