Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır.
Tarixi Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır.
28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır.
1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.
İstinadlar
Xarici keçidlər
Управление Верховного комиссара ООН по правам человека
Kateqoriya:BMT-nin orqanları Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:İnsan hüquqları